• $
  • €
  • ₽
  • ₺
  • £

Ağalarov məşhurları Bakıya topladı

Ağalarov məşhurları Bakıya topladı
26.07.2018 17:56
Bu gün "Jara” musiqi festivalının açılışı ilə bağlı mətbuat konfransı keçirilir. 

"Qafqazinfo”nun konfransda iştirak edən əməkdaşı xəbər verir ki, tədbirdə musiqili gecənin təşkilatçıları Emin Ağalarov, Qriqori Leps, Sergey Kojevnikov, Rusiyanın xalq artisti Filip Kirkorov, repçi Baxti, iştirak edib.

Onlar Rusiya və Azərbaycan KİV nümayəndələrinin suallarını cavablandırıblar. Emin Ağalarov bildirib ki, bir saatdan sonra qırmızı xalça mərasimi baş tutacaq: "150-dən çox müğənni iştirak edəcək. Onlardan 75-i bu gün iştirak edəcək”.

Filip Kirkorov konsertdə əsas məsələnin keyfiyyət olduğunu əlavə edib: "Hamı özü qırmızı xalçaya hazırlaşır. Ona görə burada az insan iştirak edir. Amma mənim özüm qırmızı xalçayam. Hər kəsə təşəkkürümü bildirirəm”.

Sergey Kojevnikov KİV nümayəndələrinə proqram haqda danışıb: "Bir gecədə 3 yubiley olacaq. Bəzi yubiley gecələrində qonaq müğənnilərin sayı çox, digərlərində az olacaq. 5-ci gün Bakıda ay tutulması olacaq. Amma yəqin ki, heç kəs bunun şahidi olmayacaq. Hamının gözü səhnədə olacaq”.

Qriqori Leps isə jurnalistlərlə zarafatlaşıb: ""Jara” haqqında film çəkirik. Aeroportdan bu yana bizi lentə alırlar. Oskar artıq cibimdədir. (Gülür)”

Lyubov Uspenskaya qeyd edib ki, onun burada yubiley gecəsi olacaq: "Uzun müddət çalışmışam, bu gecədə çıxış edəcək müğənnilər ciddi hazırlaşıblar. Mahnıları düzgün seçmişik. Bakıda təşkilatçılıq mükəmməldir. Çox rahat şəkildə gəlmişik və bu gecədə iştirak edəcəyik”.
Qeyd edilir ki, "Jara”da müğənnilər və komandaları, rəqqaslar daxil olmaqla 1200 nəfər gəlib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol