• $
  • €
  • ₽
  • ₺
  • £

Şou-biznesin “Porsche”li gözəlləri

Şou-biznesin “Porsche”li gözəlləri
26.07.2018 18:07
Sənət aləminin tanınmış simaları evləri, avtomobilləri ilə tez-tez gündəmə gəlirlər. Onların bir çoxları isə hər zaman bahalı maşına üstünlük verirlər. Son günlər isə bir çox tanınmış xanımın "Porsche" aldığının xəbərlərini eşitdik. 

Qaynarinfo axşam.az-a istinadən şou-biznesin "Porsche” sürən simalarını təqdim edir:

Aparıcı Vüsalə Əlizadə bir müddət əvvəl aldığı "Porsche”sində çəkdirdiyi fotosunu sosial media hesabında paylaşmışdı. uzun müddət maşınsız gəzən aparıcı özünə nəhayət son model avtomobil alıb. Vüsalə bildirib ki, avtomobili kredit deyil. Pulunu isə 3-4 dəfəyə ödəyərək bitirib.

Keçmiş aparıcı Aydan Axundovanın da "Porsche”si var. Amma Aydanın maşını köhnə modeldir. 

Müğənni Aysel Əlizadə də hər zaman "Porsche”si ilə gündəmə gəlib. İfaçı bu avtomobilin qarasına üstünlük verir. Əvvəl köhnə modelini sürsə də, bu yaxınlarda dəyişib. Aysel də özünə yeni model "Porsche" alıb.  

Xalq artisti Nəzakət Teymurova da 100 minlik "Porsche Cayenne”i ilə fotokameralara tuş gəlib. 

Aktrisa Pərvin Abıyeva isə artıq xeyli vaxtdır ki, "Porsche” markalı maşın sürür. Hətta buna görə aktrisa dəfələrlə qınaq hədəfində olub. Hər kəs Pərvinə "Aktrisalıqla 100 minlik maşını necə alıb" kimi sözlər deyir. Bu yaxınlarda isə Abıyeva maşınını satışa çıxarmışdı.

Gülay Zeynallı da "Porsche” markalı avtomobil sürən sənətçilərdəndir. Hər zaman bahalı avtomobilləri sevdiyini deyən Gülay "İnfiniti"sini bu markaya dəyişib.

Bir müddət əvvəl "Dodge Durango”su olan müğənni Günay İbrahimli indi özünə "Porsche” alıb. Özü də Günay bu markanın son modelini seçib.  

Müğənni Xatirə İslamın əvvəl "Porsche”si var idi. Daha sonra isə Xatirə maşınını dəyişib. Hazırda isə o, "Gelandewagen" markalı avtomobildən istifadə edir. 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol