Bakıda heyranedici çini kuklalar nümayiş olundu – FOTOLAR

Bu yaxınlarda Muzey Mərkəzində məşhur rəssam Aleksandra Kukinovanın sərgisinin təntənəli açılışı oldu. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət xadimləri və incəsənət nümayəndələri iştirak etdilər. Sərgi “Kukla” art-qalereyası və Aleksandra Kukinovanın banisi olduğu “ALEKSANDRA” şirkəti tərəfindən təşkil edilib. Ekspozisiyada 13 çini kukla ilə yanaşı, çinidən hazırlanan kolleksiya miniatürləri də nümayiş etdirildi. Böyük zövqlə hazırlanmış ekspozisiya sənətsevərlər tərəfindən rəğbətlə qarşılandı.ANN.Az
























