• $
  • €
  • ₽
  • ₺
  • £

Kventin Tarantino karyerasını bitirir - QƏRAR

Kventin Tarantino karyerasını bitirir - QƏRAR
12.11.2014 14:28

Filmləri ilə kino dünyasına yeni nəfəs gətirən Kventin Tarantino karyerasını sonlandırmaq qərarına gəlib. Məşhur rejissor vizyona girməsi planlaşdırılan “The Hateful Eight” filmindən sonra təqaüdə çıxacağını bildirib. 

Qanlı səhnələrin ustası fanatlarını təəssüfləndirəcək açıqlama verib: “Tamaşaçı qovmadığı müddətcə davam etmək fikrinə inanmıram. Bu məsələdə fərqli düşüncəyə sahib olanları qınamıram, amma sağlam və güclü vəziyyətdə ikən karyeramı yekunlaşdırmaq istəyirəm. Məncə, rejissorluq gənc işidir. Rejissorluğa başlayanda məqsədim 10 yaxşı film çəkmək idi. Qoyulan hədəfdən iki film də çox çəkib məqsədimə çatdım. İlk filmimlə son filmim arasında göbək bağı var. Elə buradaca karyeramı nöqtələmək yaxşı fikir kimi görünür. Təqaüdə çıxdıqdan sonra teatr tamaşaları hazırlayacaq, kitab yazacağam”. 

Bir müddət əvvəl Tarantinonun “The Hateful Eight” adını verdiyi son filminin ssenarisi internetə sızmış və o, bütün işi dayandırıb filmi çəkməyəcəyini bildirmişdi. Ssenarini sızdıranın komandasından birinin olduğunu biləndə həmin adamla yanaşı şübhələndiyi daha altı nəfəri də işdən qovmuşdu. Ancaq qısa müddət keçdikdən sonra filmin çəkilişlərini davam etdirmişdi. Tarantinonun karyerasını yekunlaşdırmaq istəyinin bu hadisə ilə bağlı olduğu düşünülür. 

1963-cü ildə ABŞ-ın Tennesi ştatının Noksvil şəhərində doğulan Tarantino rejissor, ssenarist, aktyor kimi tanınır. 1995-ci ildə “Kriminal qiraət”, 2013-cü ildə “Zəncirsiz Canqo” filmlərinə görə “Ən yaxşı ssenarist” nominasiyası üzrə “Oskar” mükafatını qazanıb.  Eyni illərdə, eyni filmlərə görə “Bafta” mükafatının “Ən yaxşı ssenarist” nominasiyası üzrə birinci olub. Aktyor kimi başqa rejissorların filmləri ilə yanaşı öz çəkdiyi filmlərin də əksəriyyətində epizodik rollarda çıxış edib. Buna görə də “kameo” dedikdə ilk ağıla gələn rejissorlardan biridir. 

Kult.az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol