Emin Ağalarov Çelentano ilə bir səhnədə

Dünya şöhrətli ulduz Araz Ağalarovun ad günündə
Rusiyada yaşayan azərbaycanlı iş adamı məşhur dünya ulduzununu Moskvaya gətirib. ANN.Az ANS PRESS-ə istinadən məlumatına görə, Araz Ağalarov ad günün qeyd edib. "Crocus Group"un rəhbərinin 59 yaşı tamam olub.
Ad günü mərasimində Ağalarovun ailəsi ilə yanaşı tanınmış simalar da itirak edib. Onların arasında ən məşhuru isə italiyalı müğənni Adriano Çelentano olub. O, tanınmış müğənni və bəstəkar Emin Ağalarov ilə birgə səhnəyə çıxıb. Ad günü mərasimindən olan fotoları iş adamının oğlu Emin Ağalarov və həyat yoldaşı irina Ağalarova İnstagram səhifəsində paylaşıb.
Araz Ağalarov 1955-ci il noyabrın 8-də Bakıda anadan olub. 1982-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirən A.Ağalarov həmin il Moskvaya gedərək aspiranturaya daxil olub.
ANN.Az
























