Hitlerin bitirmədiyi şəkil- Foto

Almaniyanın Nürnberq şəhərində Adolf Hitlerin akvarellə bitirmədiyi şəkil satılır.ANN.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın DPA agentiyi məlumat yayıb. Məlumata görə, “Standesamt München” adlı şəkil 22 noyabr 2014-ci ildə Nürnberq auksionunda satışa çıxarılacaq. 1914-1915 illərdə çəkilən şəkil, 1916-cı ildə Münhen sərgisində, 2010 ildə isə Böyük Britaniyada 105 min funt sterlinqə satılıb. Qeyd edək ki, Almaniyada Hitlerin faşizmə həsr olunmuş şəkillərinin satışı rəsmi qadağandır.ANN.Az
























