• $
  • €
  • ₽
  • ₺
  • £

“Junior Eurovision 2018”-də Azərbaycanı kim təmsil edəcək?

“Junior Eurovision 2018”-də Azərbaycanı kim təmsil edəcək?
18.09.2018 17:00
Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində "Junior Eurovision 2018” mahnı müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilib.

Oxu.Az mətbuat konfransında İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatının rəhbəri Faiq Qürbətov, Televiziyanın Musiqi, Bədii və Xüsusi Layihələr Departamentinin rəhbəri Leyla Quliyeva iştirak edib.

Məlum olub ki, müsabiqədə Azərbaycanı Fidan Hüseynova təmsil edəcək. Hüseynova VI sinif şagirdidir. O, 2017-ci "Testene Art Baku” festivalında təmsil edərək birincilik qazanıb.

2016-cı ildə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın gənc istedadlılarının "Qırmızı kitabı”na salınıb və Prezident təqaüdünə layiq görülüb.

Leyla Quliyeva konfrans zamanı çıxış edərək müsabiqənin vaxtı və məkanı barədə məlumat verib:

"Müsabiqə 25 noyabr tarixində Minsk şəhərində keçiriləcək. Mahnı hələlik hazır deyil. Fidan isə İTV tərəfindən müsabiqədə  iştirak etmək üçün təsdiqlənib. O, çox istedadlıdır. Vokal, xoreoqrafiya, basketbol və şahmatla məşğul olur. Müsabiqədə bizi uğurla təmsil edəcəyinə inanırıq”.

Quliyeva bildirib ki, belə yarışmalar uşaqların daha da həvəslənməsinə təkan verir:

"Belə yarışmalar uşaqların həvəslənməsinə, dünya arenalarına çıxmasına kömək edir”.

Fidan Hüseynova isə Azərbaycanı uğurla təmsil edəcəyini vurğulayıb:

"Mən bu müsabiqəyə hazıram. Azərbaycanı uğurla təmsil etmək və qalib gəlmək istəyirəm”.

Qeyd edək ki, Fidan həm də fransalı müğənni Lara Fabianın Bakı konsertində müğənninin dəvətilə səhnəyə çıxaraq, onunla "Je suis malade” adlı mahnını, İstanbul konsertində isə "Ja Taime” mahnısını duet şəklində ifa edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol