• $
  • €
  • ₽
  • ₺
  • £

"Yazıblar ki, oğlumu birinci həyat yoldaşımdan alacağam, çünki o, lezbiyandır" - Azər Axşam

"Yazıblar ki, oğlumu birinci həyat yoldaşımdan alacağam, çünki o, lezbiyandır" - Azər Axşam
10.10.2018 22:15


Birinci həyat yoldaşım haqqında bu gün mənim adımdan yayımlanan məlumat yalandır,  bu sözləri kult.az-a açıqlamasında tanınmış aparıcı Azər Axşam deyib. O bildirib ki, sözügedən yalan məlumatı kimin yaymasından xəbərsizdir:

"Mənim oğlumun 21 yaşı var. Adımdan xəbər yazıblar: guya mən oğlumu birinci həyat yoldaşımdan alacağam, çünki o, lezbiyandır, oğluma düzgün tərbiyə vermir. Guya mən buna görə onu məhkəməyə verib, analıqdan məhrum eləmək istəyirəm. Həmin xəbəri kimin yazdığını bilmirəm. Ancaq demək istəyirəm ki, bu, ağ yalandır. Həmin xəbərin altında məni tanıyıb-tanımayanlar təhqir içərikli sözlər yazıblar. Mən kişi adamam, mənə yaraşmaz belə şeyləri danışım, efirə verim. Özü də ayrıldıqdan 11 il sonra! Oğlum artıq böyük oğlandır. Kiminlə qalmağa özü qərar verir”.


Azər Axşam onu da bildirib ki, xəbəri yayan "mənbə” saytlardan birinin adından istifadə edib:

"Kimsə İnstaqram hesabı açıb, həmin məlumatı hansısa saytın adı ilə verib. Həmin sayta da böyük oğlum zəng vurub. Bildiriblər ki, o saytda belə xəbər verilməyib. Biz özümüz də həmin saytı axtardıq, elə məlumat, həqiqətən, saytda yox idi. Azərbaycanda bu bəlanı tək mən deyil, bütün sənətçilər yaşayır. Ar olsun bu xəbəri yayanlara!”

Qeyd edək ki, "Xəbərlər bizdə” adlı İnstaqram səhifəsi Azər Axşamın adından onun birinci həyat yoldaşının lezbiyan olması haqqında məlumat yayaraq, oğlu Cavidanı ondan almaq üçün məhkəməyə müraciət edəcəyini bildirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol