• $
  • €
  • ₽
  • ₺
  • £

“Sevgilisinə nəsihət etmişdi ki, mən öləndən sonra...” - Anar Nağılbazın atası SİRLƏRİ AÇDI - VİDEO

“Sevgilisinə nəsihət etmişdi ki, mən öləndən sonra...” - Anar Nağılbazın atası SİRLƏRİ AÇDI - VİDEO
15.10.2018 16:23
ARB TV-nin "Bu qədər" proqramının ilk buraxılışı mərhum reper Anar Nağılbaza həsr olunub.

Dostlarının və ailəsinin Anarla bağlı xatirələrinin danışıldığı proqramda maraqlı məqamlara toxunulub.

Rizvan Cəbiyev - Anar Nağılbazın atası: "Anar insan sevən, hər şeyi sevən bir insan idi. Fəxr edirəm ki, mənim Anar kimi oğlum var. Amma indi Anar yoxdur. Oğul atanın onurğasıdır. Bu gündən sonra çətin ki, belimi dikəldə bilim. İndi səninlə küsər, 5 dəqiqədən sonra gəlib səndən üzr istəyər. Belə bir insan idi. Müsahibədə ondan soruşmuşdular ki, ən böyük arzun nədir? Demişdi ki, ən böyük arzum, atam oxuduğum repi bəyənsin və ondan danışsın. Mənə oxuyurdu, deyirdim ki, mən bəyənmirəm. Mən biraz sərt idim. Anar dünyasını dəyişəndən sonra başa düşdüm ki, Anar replə çox şeyi deyib, rep mənim bildiyim qədər aciz bir sənət deyilmiş. Hansı birimizin nöqsanı yoxdurki?! Tor qurdular, ondan sonra da Anar düşdü. Vaxtı gələr onu deyərəm. 100 il qocaldı, sifəti qırışdı. İndi cavabı özünüz çıxarın ki, Anar özü öldü, yoxsa öldürdülər. Aytən adlı xanım onu sehirlədi. Anar öləndə onun adını çəkirdi. Həmin qız da deyir ki, tələsmə, gəlib sənin məzarında öləcəm. Onlar rəsmi nigah da ediblər. Çox sirlər var məndə. Anar həmin qıza nəsihət edib ki, mən öləndən sonra sirləri aç. Anar həyatdan doymuşdu".

Şərqiyyə Cəbiyeva - Anar Nağılbazın anası: "Dostları çox idi. Bizə gəlib-gedirdilər də. Sonra hamısı ondan uzaqlaşdı. Evlənəndən sonra hiss edirdim ki, sevgisini tapa bilməyib o. İstədiyi kimi ailə qura bilməmişdi. Ailəsi ilə belə olandan sonra, Anar düşdü. Üzü gülmürdü, nə danışırdı gözləri dolurdu. Yaşlı kişilərin sifəti onun kimi deyildi. Gəldi ki, ana, Anar adını yaddan çıxart, sənin Anar adlı oğlun olmayacaq. Biraz keçmişdi rəhmətə getdi".

Anar ölümüdən bir müddət öncə 2-ci həyat yoldaşı Aytən xanıma göndərdiyi səs yazısında ağlayaraq onu sevdiyini söyləyib.
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol