Xərçəng xəstəliyindən əziyyət çəkən Hacı Nuran ölkədən getdi

Aparıcı Hacı Nuran Hüseynov yenidən Almaniyaya gedib.
Anews.az axşam.az-a istinadən xəbər verir ki, onun səfərinin məqsədi yenidən müayinə olmaqdır. Ağciyərində onkoloji şiş tapılan aparıcının müalicəsi davam edir.
Qeyd edək ki, Hacı Nuran uzun müddətdir xərçəngdən əziyyət çəkir.
www.anews.az
























