• $
  • €
  • ₽
  • ₺
  • £

Şair olmaq istəyən, repində öz anasını söyən Eminem haqqında - BİLİNMƏYƏN FAKTLAR

Şair olmaq istəyən, repində öz anasını söyən Eminem haqqında - BİLİNMƏYƏN FAKTLAR
18.10.2018 23:00
Dünyanın məşhur rep ustası Eminemin 46 yaşı tamam oldu.

"Ölkə.Az” Eminem haqqında bu günə qədər bilinməyən bəzi faktları təqdim edir.

Eminem 1972-ci ilin 17 oktyabr tarixində anadan olub. O, ABŞ-ın Missuri ştatında dünyaya gəlib. Onun əsl adı Marşal Bryus Matersdir.


Eminemin ailəsi də sənətçidir. Anası və atası "Daddy Warbucks” musiqi qrupunun üzvləri olub.

Uşaqlığı pis olan Eminemin atası oğlu 18 yaşlı olanda ailəni tərk edib. Ailə Detroytdakı maşın-evdə yaşamağa başlayıb.



Eminemin məktəb həyatı da parlaq olmayıb. Bir dəfə dərsdən qaçdığı üçün müəllimi tərəfindən döyülüb. Məhəllədəki bir neçə ağdərili uşaqdan biri olması da problemli idi. Afrika-amerikalı məhəllə uşaqlarının o dövrdə ən böyük əyləncəsi tutduqları ağdərililəri döymək idi.



9 yaşı olanda zəncilər tərəfindən elə döyüldü ki, komaya düşdü və 1 həftə reanimasiya şöbəsində qaldı.

İlk repini "i am bad”i yazanda 14 yaşı var idi. Bu mahnını "LL Coll J's” qrupuna satdı.


Eminem siqaret çəkmir. "Siqaret çəkən insanları çarəsiz hesab edirəm” deyir.

Eminem "Detroit Pistons” tərəfdarıdır. "Lose Yourself” mahnısı bu günə qədər ifa edilən ən ağıllı mahnıdır. Eminem bu mahnında anasını təhqir edib.

Mahnını ifa etmədən əvvəl anasına zəng edərək söyüşləri özünə götürməməyi xahiş edib.

Boyu 173 sm olan reperin əsas istəyi karikaturaçı və ya şair olmaq idi.

Eminemin Rihanna ilə duet oxuduğu "Love The Way You Lie” mahnısının klipinə çəkilən aktrisa Meqan Foks Eminem haqqında deyib:

"Onunla telefonda danışdım. Mən heç vaxt məşhur bir insanla danışanda həyəcanlanmıram və tərləmirəm. Onunla danışanda çox gərgin idim. Çünki ona qarşı kiçik səhv addım atsan, növbəti albomunda yer alacaqsan”.


Eminem Spider Man fanatıdır. "Rap God” mahnısını çox sürətlə oxuyub. "Lyrics” şirkəti mahnının sözlərini yazanda dəfələrlə səhvə yol verib.

Bəzi mənbələrə görə "Slim Shady” obrazı Eminemin ən pis tərəfidir. Bu obraz Eminemin məşhurlara, anasına, ətrafdakı insanlara, baş verən və baş vermiş hadisələrə söyüş söyən tərəfidir. Bu səbəbdən yüzdən çox məhkəmə prosesində iştirak edib. Eminem "Recovery” albomunda "Slim Shady” obrazından qurtulduğunu, onun çox pis bir insan olduğunu söyləyib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol