• $
  • €
  • ₽
  • ₺
  • £

Mikayıl Müşfiqi güllələyən cəllad boş gilizləri evində saxlayırmış... - FOTO

Mikayıl Müşfiqi güllələyən cəllad boş gilizləri evində saxlayırmış... - FOTO
24.10.2018 12:56
Görkəmli Azərbaycan şairi, Stalin repressiyalarının qurbanı olmuş Mikayıl Müşfiqi güllələyən NKVD cəlladı 10 il bundan qabaq şərti adla yerli qəzetlərdən birinə müsahibə verərək edamla bağlı bəzi təfərrüatları açıqlamışdı.

Anews.az xəbər verir ki, bunu virtualaz.org-a açıqlamasında şairin ehtimal olunan qalıqlarının Bakının Puta qəsəbəsində, NKVD-nin və daha sonra KQB-nin qeyr-rəsmi məzarlığında aşkarlanması barədə xəbərə münasibət bildirərkən filologiya elmləri namizədi Firudin Qurbansoy deyib.

Firudin Qurbansoyun sözlərinə görə, Müşfiqin qətlini icra edən cəllad uzun ömür yaşayıb-96 il. Uzun illər Dövlət Təhlükəsizlik Komitəsində çalışıb. "Qətli yerinə yetirən şəxs 2008-ci ildə müsahibə vermişdi, onun müsahibəsi adının dəyişdirilməsi şərti yayımlanmışdı. Deyilənə görə Müşfiqin portretini evindən asıbmış, ona atdığı üç güllənin gilizini də ömrünün sonuna qədər saxlayıbmış. Həmin şəxsin oğlunun keçmiş Milli Təhlükəsizlik Nazirliyində yüksək vəzifəd işlədiyi deyilirdi”-Qurbansoy deyib.

Qurbansoy qeyd edib ki, cəlladın müsahibəsində göstərilənlərə Müşfiqin həyat və yaradıcılığına həsr olunmuş və 2008-ci ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəşr edilmiş "Göylərin lacivərd ətəklərində”: sənədli povest-kollaj kitabında da verib. Həmin epizodda göstərilir ki, NKVD cəlladı Müşfqi Bayıl həbsxanasının ölüm korpusunda güllələyib, cəsədi isə dənizə atılıb. Ölüm hökmünü icra edən NKVD əməkdaşı Müşfiqə atdığı üç güllənin boş gilizlərini götürüb və özündə saxlayıb.

"Müşfiqin güllələndiyi yer məlumdur, ancaq onun meyitinin harada olduğu haqda fərqli versiyalar var. İnanmaq istərdim ki, tapılan qalıqların şairə məxsusluğu təsdiqlənəcək”-Qurbansoy bildirib.

Qurbansoyun fikrincə, görünür qalıqların Müşfiqin yubileyi ərəfəsində tapılması təsadüf deyil, qismətdir. "Müşfiqlə bağlı sənədli film çəkərkən arxiv sənədlərini oxumaq üçün icazə istədim, mənə 6 saat vaxt verdilər. Demək olar ki, bütün sənədlərin üzünü köçürmüşəm. Müşfiqə güllələnmə cəzasının verlməsi ilə bağlı hökm var, amma harada dəfn edildiyi göstərilmir”, -Qurbansoy deyib.

Firudin Qurbansoy əlavə edib ki, müvafiq analizdən sonra qalıqların Müşfiqə aid olub-olmadığı məlum olacaq. Amma bütün hallarda şairin və Stalin rejiminin digər qurbanlarının məzarları, yaxud qalıqları ilə bağlı araşdırma vacibdir: "Mən Müşfiqin böyük ruhuna inanıram, qalıqlar ona məxsus olacaq”. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol