• $
  • €
  • ₽
  • ₺
  • £

Mikayıl Müşfiqin qalıqları çıxarıldı: Baş sümüyündə iki güllə yeri var - FOTO

Mikayıl Müşfiqin qalıqları çıxarıldı: Baş sümüyündə iki güllə yeri var - FOTO
24.10.2018 17:00
Bu gün səhər saatlarından etibarən haqqin.az və virtualaz.org saytlarının təşkil etdiyi xüsusi qrup Bakının Puta qəsəbəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqların çıxarılması üçün işə başlayıb.

Anews.az virtualaz.org-a istinadən xəbər verir ki, böyük ehtimalla Müşfiqə məxsus olduğu təxmin edilən qalıqlar Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun atası Teymur Əhmədovun qalıqlarının axtarılması zamanı tapılıb. F.Əhmədov açıqlamasında bildirib ki, qalıqların tapılması haqda vaxt Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyini məlumatlandırıb. Habelə iş adamı Müşfiqə aid olduğu təxmin edilən qalıqlarla eyni quyuda basdırılmış 10-a yaxın insan qalıqlarının (hamısı 30-cu illərdə Stalin repressiyaları zamanı güllələniblər) toplanması və gələcək araşdırma üçün ayrıca saxlanılmasını təmin edib.

Bu gün həmin qalıqlar qazılaraq çıxarılıb, onların arasından Müşfiqə aid olduğu qalıqlar ayrılıb. Fotodan da göründüyü kimi skeletin baş sümüyündə iki güllə yeri var.

Hər ehtimala qarşı digər qalıqlardan da bir neçəsi götürülüb. Növbəti mərhələdə Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən Müşfiqə aid olduğu ehtimal edilən qalıqlar üzərində tədqiqat başlayacaq və nümunələr götürüləcək. Daha sonra həmin nümunələr şairin yaxınlarından birindən götürülmüş nümunələrlə müqayisə edləcək, yəni DNK analizi aparılacaq. Redaksiyamız böyük ümidlə gözləyir ki, aşkar edilən qalıqların nakam şairə məxsusluğu DNK analizi ilə təsdiqlənəcək və onu nəhayət layiq olduğu şəkildə dəfn etmək mümkün olacaq.
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol