• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir “Naməlum Axundzadə” tamaşasına baxdı

Nazir “Naməlum Axundzadə” tamaşasına baxdı
30.10.2014 13:05
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev YUĞ Dövlət Teatrında olub. Teatrın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, nazir M.F.Axundzadənin komediyaları və “Kəmalüddövlə məktubları” traktatı əsasında hazırlanmış “Naməlum Axundzadə” tamaşasına baxıb. Tamaşadan sonra Ə.Qarayev kollektivlə söhbət edib, tamaşa haqqında və ümumiyyətlə, YUĞ Teatrı haqqında fikirlərini bildirib. Nazir YUĞ Teatrının Azərbaycan teatr məkanında yerini, teatrın yaradıcılıq axtarışlarını yüksək qiymətləndirdiyini vurğulayıb. Nazir həmçinin teatrın maddi-texniki bazasının, işıq və səs avadanlıqlarının təkmilləşdirilməsinin mühüm bir məsələ kimi gündəmdə olduğunu qeyd edib. YUĞ Teatrının rejissoru Gümrah Ömərin quruluşunda hazırlanan “Naməlum Axundzadə” tamaşasını klassik irsə müasir yanaşma nöqteyi-nəzərindən yüksək qiymətləndirən nazir teatrın repertuar siyasəti, tamaşaların nümayişi, reklam-təbliğat işlərinin aparılması və s. məsələlərlə bağlı öz dəyərli məsləhətlərini verib və kollektivə yaradıcılıq uğurları arzulayıb. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol