• $
  • €
  • ₽
  • ₺
  • £

İnsan alverində təqsirləndirilən azərbaycanlı müğənniyə hökm oxundu

İnsan alverində təqsirləndirilən azərbaycanlı müğənniyə hökm oxundu
29.10.2018 14:38
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan qadınlarını Türkiyəyə apararaq fahişəliyə cəlb edən müğənni Təranə Muradovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Anews.az Oxu.Az-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. 

Hökmə əsasən, T. Muradova barəsində iki il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. O, məhkəmə iclas zalından azadlığa buraxılıb. 

Xatırladaq ki, Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən 2018-ci il fevralın 26-da keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü, Bakı şəhər sakini Muradova Təranə Əli qızının ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Qeyd edək ki, T.Muradova əvvəllər qadın alverinə görə polis tərəfindən tutulub. Belə ki, müğənniliklə məşğul olan T.Muradova bir neçə il əvvəl "Azəristar” mahnı yarışmasında iştirak etmiş Rüstəm Əlişanov və başqa bir qadınla birgə Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə təqsirləndirilib. Lakin o, çox keçmədən həbsxanadan çıxıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol