• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Avropa Film Festivalı

Bakıda Avropa Film Festivalı
29.10.2014 16:51
Bakıda oktyabrın 30-dan noyabrın 9-dək Avropa Film Festivalı keçiriləcəkAPA-nın məlumatına görə, festivalı Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyi(AB)  və AB-yə üzv dövlətlərin Azərbaycanda təmsil olunmuş səfirlikləri "Park Cinema" ilə birgə təşkil edəcəklər. 2010-cu ildən bəri hər il təşkil olunan Avropa Film Festivalının proqramına AB-yə üzv olan 16 ölkədən (Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çex Respublikası, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Rumıniya, İspaniya, İsveç və Birləşmiş Krallıq) və Azərbaycandan 16 filmin nümayişi daxildir. Komediya, dram, sənədli film, animasiya kimi müxtəlif janrlarda olan filmlər bütün növ film pərəstişkarlarını Festivala cəlb edəcək. Xorvatiya filmi "Sirli Oğlan" və Finlandiya animasiya filmi "Niko 2 - kiçik qardaş, böyük narahatlıq" xüsusilə uşaq və yeniyetmələr üçün maraqlı olacaq. Hər bir film həftə günlərində iki sessiya (saat 16.00 və 18.00), həftə sonunda isə bir sessiya ilə nümayiş etdiriləcək. Bütün filmlərə giriş pulsuzdur və bilet tələb olunmur. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol