• $
  • €
  • ₽
  • ₺
  • £

Müşfiqlə bağlı ekspertiza necə aparılacaq? – İnstitut direktorundan açıqlama

Müşfiqlə bağlı ekspertiza necə aparılacaq? – İnstitut direktorundan açıqlama
01.11.2018 20:00
Prezident İlham Əliyev  Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması  məsələsinin araşdırılması üçün Azərbaycan Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib.

 

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNT ekspertizasından keçiriləcək.

"Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək".

 

Bəs aşkar edilən sümüklər əsasında məsələnin araşdırılması necə həyata keçirilir?

 

AMEA-nın Fiziologiya İnstitutunun direktoru Ulduz Həşimova bu haqda Modern.az-a açıqlama verib.

O bildirib ki, əgər DNT analizi aparılacaqsa və onun sağ qalmış qohumları varsa, o sümüklərin Mikayıl Müşfiqə aid olması təsdiqini tapacaq.

 

"Sadəcə əsas problem  onun qohumlarının sağ olub-olmaması ilə bağlıdır.  İstənilən bioloji material olmalıdır. Yaxın qohumlarından götürülmüş bioloji material vasitəsilə  müqayisə edib analiz aparmaq olar. Ümumiyyətlə, DNT analizlərində yaxın qohumluğun çox əhəmiyyəti var. Bu zaman təhlillər aparılır və nəticə açıqlanır”.

 

Ulduz Həşimova adıçəkilən məsələdə dövlətin dəstəyini müsbət qiymətləndirib.

 

"Dövlət səviyyəsində bu cür məsələlərə çox böyük diqqət ayrılır. Bunun əhəmiyyəti çox böyükdür. Bir mütəxəssis kimi deyirəm ki,  müqayisə üçün DNT analizləri aparmaq böyük problem deyil. Hətta, illərlə bəlli olmayan şəxsin kimliyini üzə çıxarmaq mümkündür”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol