• $
  • €
  • ₽
  • ₺
  • £

Balalarına gün ağlayan yazıçılar - Vəzifəli şair övladlarının siyahısı

Balalarına gün ağlayan yazıçılar - Vəzifəli şair övladlarının siyahısı
02.11.2018 12:23
Yazıçı və şairlər daim cəmiyyətin gələcəyini düşünməklə, toplumun diaqnozlarını təyin etməklə inkişaf prinsiplərini müəyyənləşdirir. Ona görə də qələm adamlarına daim ziyalı, aydın deyirlər. Belə şəxslərin cəmiyyətdə tanınması da çətin olmur. Ziyalı ailədə böyüyən övladlar da, ya valideynin yolunu davam etdirir, yaxud ayrı sahədə uğur qazanır. Təəssüf ki, bəzən övladlar atalarının adından istifadə edərək məqsədlərinə çatır. Yaxud ataları nüfuzlarından yararlanaraq övladlarını irəli çəkir.

A24.Az övladına vəzifə verilən yazıçı şairləri təqdim edir:

İlyas Əfəndiyevin oğlu Elçin Əfəndiyev – 2018-ci ilədək baş nazirin müavini vəzifəsində çalışıb.

Rəsul Rzanın oğlu yazıçı Anar – bir sıra yaradıcı işlərlə yanaşı 30 ilə yaxındır Azərbaycan Yazıçılar Birliyinin sədridir.

Bəxtiyar Vahabzadənin oğlu Azər Vahabzadə – Qobustan Rayonun prokuroru vəzifəsində çalışıb.

Bəxtiyar Vahabzadənin digər oğlu İsfəndiyar Vahabzadə – bir sıra Avropa ölkələrində səfir vəzifəsində çalışıb.

Mir Cəlal Paşayevin oğlu Hafiz Paşayev – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, diplomat, Azərbaycan Diplomatik Akademiyasının (ADA Universiteti) rektorudur.

Mir Cəlalın digər övladı Arif Paşayev – "Azərbaycan Hava Yolları” Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur.

Sabir Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlı – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavinidir.

Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubov – Abşeron rayon prokurorunun köməkçisidir.

Aqil Abbas və İradə Tuncayın övladı Tuncay Abbasov – Bakı Şəhər Baş Polis İdarəsi, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisidir.

Hüseynbala Mirələmovun oğlu Fuad Mirələmov – Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsində müstəntiqdir.

Mirələmovun digər oğlu Fərid Mirələmov – Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis idarəsinin rəis müavinidir.

Yazıçının Rauf adlı oğlu da vəzifəlidir. Rauf Mirələmov – Xarici İşlər nazirliyində diplomatdır, 1-ci katibdir.

Qılman İlkinin oğlu Azər Musayev – BDU-nin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının baş müəllimidir.

Yazıçı Saday Budaqlının oğlu Nurlan Budaqlı AzTV-nin proqram direktorunun müavini vəzifəsində işləyir.

Yazıçı Kamal Abdullanın oğlu Mehdi Abullayev – APİ-nin prorektorudur.

Şair Əli Kərimin oğlu Paşa Kərimov – AMEA Əlyazmalar İnstitutunun direktor müavinidir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol