• $
  • €
  • ₽
  • ₺
  • £

Ərinin dördüncü arvadını döyən xalq artistinin kimliyi açıqlandı - Video

Ərinin dördüncü arvadını döyən xalq artistinin kimliyi açıqlandı - Video
02.11.2018 12:49
Artıq bir həftədir ki, aparıcı Zaur Baxşəliyuev "Bizimləsən" verilişində ərinin dördüncü arvadını döyən xalq artistindən bəhs edir. 

Şəmsiyyə adlı qadın proqrama gələrək xalq artistinin onu döydüyünü, ərindən qalan evi əlindən almaq istədyini açıqlayıb. Proqrama gələn və hər şeyi danışan xalq artisti əvvəlcə adının açıqlanmasını istəməyib. 

Ötən gün isə Şəmsiyyə proqramda həmin xanımın Qərinə Kərimova olduğunu deyib. 

Proqrama gələn Qərinə Şəmsiyyədən və ərindən danışıb:

"Şəmsiyyəyə cinayət işi açılıb. Mənim mülkümə özbaşına girib. Kişi ilə birlikdə çalışıb ev qurmuşuq, bağ tikmişik. Bu qədər məmləkətdə dul kişi tapmadı ərə getsin? Onun seçimi bu oldu? Özünü kiminsə ərinin qucağına atıb, indi belə danışır. O da kişidir, niyə istifadə etməsin? Qadın özünü onun qucağına atıbsa, kişi də əcəb edib. Hansı abırla, sifətlə bu qadın verilişə gəlib. Sənin arvadlığın hansı qəpiyə dəydi ki, kişi bir çöp də qoymadı. Mən günahkaram? Dörd ildir bu kişi qəbirdədir. 25 ildir bu kişi ilə yaşamışam, övladım da var. Məni şantaj edir ki, qızını zorlatdıracam, bağı mənə ver".

Şəmsiyyə bağ evinin tikilməsində 20 min pulunun batdığını, indi onu geri istədiyini deyib.
 
Daha sonra isə verilişə Rafiq bəyin digər həyat yoldaşı zəng edərək onun da bir oğul övladı olduğunu söyləyib. O, övladının da mal-mülkdən pay istədiyini deyib. Qərinə isə ona pay verdiyini bildirib:

"Yəqin bu da yenə məni soymaq istəyir". 

Qeyd edək ki, Q.Kərimova 1986-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistidir. Bir çox beynəlxalq vokal müsabiqələrinin qalibi və laureatı olan Qərinə a Opera və Balet teatrının repertuarında olan bir çox milli və klassik opera tamaşalarında aparıcı partiyaları ifa edir. 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülüb./axsam.az


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol