• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur müğənninin bacısı ermənilərə əsir düşməkdən son anda xilas edilib - FOTO

Məşhur müğənninin bacısı ermənilərə əsir düşməkdən son anda xilas edilib - FOTO
05.11.2018 11:31
Günay İbrahimli "Xəzər" telekanalının efirində uşaqlıqdan bu günə kimi yaşadıqlarını kamera önündə etiraf edib.

İşğal altında olan torpaqlarımızdan ailəsi ilə məcburi köçkün düşən sevilən müğənni bu zamana kimi çoxlarının bilmədiyi məqamlardan söz açıb.


Günay Qarabağdakı odun-alovun içindən necə çıxdıqları barədə danışıb:

"Yaş yarım, 2 yaşım olardı. Ermənilər bizim yaşadığımız əraziyə hücum etdilər. Torpaqlarımızı işğal etdilər. Məcburi köçkün olaraq biz öncə Sumqayıta yerləşdik, sonra Bakıda məskunlaşdıq.

Valideyinlərimin danışdığı qədəriylə bilirəm ki, çox əziyyətli günlər olub. Ermənilər mina, bomba atırdılar. Evləri dağıdırdılar". 


Günayın anası hadisələrin şahidi kimi qızının fikirlərinə "Müharibə vaxtı idi. Biz rayonun yaxın kəndlərindən birində qalırdıq. Günay yaş yarımlıq olardı, balaca qızım da 2 aylıq idi. Ermənilər qəfil bombaladılar. Evdə də heç kəs yox idi. Anam, özüm və bir də balaca bacım idik. Biz hamımız karıxdıq, qaçdıq. Günaydan yapışdıq bərk, Günay qaçmaq istəyirdi. Kiçik qızım qalmışdı beşikdə" sözlərini əlavə edib. 


Günay bacısı barədə anasının tükürpədən etirafını "Mən valideynlərimi qınamıram. Kim olsa, özünü itirər o an. O mənzərəni gözümün qabağına gətirdikcə adamı vahimə basır ki, bu uşaq necə sağ qala bilər orada - ermənlərin içində, evin içində tək. Çox şükür ki, evdən çox uzaqlaşmamış valideyinlərim bacımı götürdülər" fikirləri ilə tamamlayıb./milli.az
 
 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol