• $
  • €
  • ₽
  • ₺
  • £

"Mikayıl Müşfiqin qalıqları tapılsa, onun məzarı üzərində abidə ucaldıla bilər" - Xalq şairi

"Mikayıl Müşfiqin qalıqları tapılsa, onun məzarı üzərində abidə ucaldıla bilər" - Xalq şairi
06.11.2018 17:53
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca görkəmli şair Mikayıl Müşfiqin (İsmayılzadə) qalıqlarının tapılması ilə bağlı məsələni nəzarətinə götürməsi məsələsinə münasibət bildirib.

F.Qoca "Ölkə.Az"-a açıqlamasında sözügedən məsələ ilə bağlı Prezident İlham Əliyevə təşəkkür edib. 

Daha sonra xalq şairi deyib:

"Həm cənab Prezident, həm də dövlətimiz sağ olsun ki, bu addımı atdı. Təbii ki, Mikayıl Müşfiq çox böyük hörmət qazanmış görkəmli şairimizdir. Zamanında Mikayıl Müşfiq dövlət tərəfindən qiymətləndirilməyib, yaradıcılığına görə təqib olunub. Bu gün isə Azərbaycan dövləti onun yaradıcılığına və şəxsiyyətin öz hörmət və ehtiramını göstərərək bu cür addımlar atır. Bu yalnız alqışlanmalıdır. İnşallah Mikayıl Müşfiqin qalıqları tapılsa, yəqin ki, dövlət başçısı onun məzarı üzərində abidəsinin qurulması barədə tapşırıqlar verəcək. Biz böyük həvəslə gedib onun məzarını ziyarət edərik. Allah bunu hər birimizə qismət etsin".
1982-ci il oktyabrın 12-də ulu öndər Heydər Əliyevin göstərişi ilə  görkəmli  dramaturq Hüseyn Cavidin məzarının tapılaraq, cənazəsinin qalıqlarının Azərbaycana gətirildiyini vurğulayan F.Qoca bunun böyük tarixi hadisə olduğunu söyləyib:

"Cənab İlham Əliyev də öz atasının yolunu uğurla davam etdirir. İnanıram ki, cənab Prezident İlham Əliyev də atası kimi hər kəsi, o cümlədən yaradıcı insanları qiymətləndirməyi bacarır. Yaxşı xatırlayıram ki, Hüseyn Cavidin məzarı Azərbaycana gətirilən zaman Ulu Öndər Heydər Əliyevlə bərabər görkəmli dramaturqun məzarı başına yığışmışdıq. Sonra Hüseyn Cavidin dəfn mərasimi keçirildi, məqbərəsinin açılışı oldu. Həmin vaxtı mən və digər yazıçılar çıxış etdilər. İndi cənab Prezident də ailəsindən aldığı yüksək təbiyəyə uyğun şəkildə bu gözəl ənənəni davam etdirir. Çünki bir övlad ən yaxşı tərbiyəni ailədən götürür. Bu gün cənab Prezident İlham Əliyevin Mikayıl Müşfiqin taleyi ilə bu qədər yaxından maraqlanması ailədən aldığı tərbiyədən irəli gəlir. Hamısı bunun davamıdır".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol