• $
  • €
  • ₽
  • ₺
  • £

Əbülfəs Qarayev əməkdar artisti mükafatlandırdı - FOTO

Əbülfəs Qarayev əməkdar artisti mükafatlandırdı - FOTO
07.11.2018 15:41
Azərbaycan Dövlət Musiqili Teatrının xormeyster assistenti, Əməkdar artist Aybəniz Bağırovanın 60 yaşı tamam olub. 

Teatrın mətbuat xidmətindən Anews.az-a bildirilib ki, bu münasibətlə Mədəniyyət naziri cənab Əbülfəs Qarayev Aybəniz Bağırovanı təbrik edib və onu milli teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə, eləcə də anadan olmasının 60 illiyi münasibətilə mükafatlandırıb.

Kollektiv tərəfindən də çox sevilən Aybəniz Bağırovaya Mədəniyyət Naziri cənab Əbülfəs Qarayevin bu diqqəti hər kəsə sevinc bəxş edib.

Aybəniz Bağırova 4 oktyabr 1958-ci ildə anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili Komediya Aktyoru” fakültəsini bitirib.

1986-1997-ci illər ərzində Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Mahnı və rəqs ansamblında” xor artisti kimi fəaliyyət göstərən Aybəniz Bağırova 1998-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında xor artisti vəzifəsində işləyir. Səs tembri metso-soprano olan Aybəniz Bağırova teatrda işlədiyi müddət ərzində "O olmasın, bu olsun”, "Şən dul qadın”, "Maritsa”, "Talelər qovuşanda”, "Silva”, "Çılğın Qasqoniyalı”, "Bir günlük siğə”, "Aldın payını, çağır dayını”, "Nəğməli könül”, "Dəli dünya”, "Bir saat xəlifəlik”, "Qadınsız yaşamaq olmaz”, "Şeytanın yubileyi” kimi tamaşalarda uğurla iştirak etmişdir.

O, mədəniyyət sahəsində xidmətlərinə görə 2014-cü ildə "Fəxri Mədəniyyət İşçisi” döş nişanına, 2016-cı ildə isə "Əməkdar artist” fəxri adına layiq görülmüşdür.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol