• $
  • €
  • ₽
  • ₺
  • £

Mirkamillə nə baş verir? — Sizi doğrayıb, tikənizi özünüzə yedirdəcəyəm - FOTOLAR

Mirkamillə nə baş verir? — Sizi doğrayıb, tikənizi özünüzə yedirdəcəyəm - FOTOLAR
07.11.2018 18:23
Müğənni Mirkamil Kamilovun "Instagram” paylaşımı sosial şəbəkə istifadəçilərini təşvişə salıb.
"Ölkə.Az" Oxu.Az-a istinadən xəbər verir ki, buna onun qeyri-adi paylaşımlar etməsi, dini yönümdə paylaşımlara üstünlük verməsi səbəb olub.
Bundan əlavə, Mirkamilin bir fotonu bir neçə dəfə paylaşması, "Vor” aləminə məxsus şəxslərin şəkillərini paylaşaraq, onlara tərif yağdırması diqqətdən yayınmayıb.
 

Onun paylaşımlarında qohumlarını hədələməsi də gözdən qaçmayıb.

"Qohumlarımın içində olan "mutilşik”lərə səslənirəm. Mənə şirinliklər yağdırmaq boşunadır. Özünü apara bilməyənə bu həyatı zindan edəcəyəm. Sizi öncə mənəvi öldürəcəyəm, sonra da doğrayacağam, tikənizi özünüzə yedirdəcəyəm. Eşidin, bilin! Mənə çox şərəfsizliklər etdiniz.
Gücsüz, zəif, çoban, savadsız, yetim gördünüz, ölməyimi istədiniz. Öldürməyən Allah öldürmür. Sizi Şamaxıda sürüyəcəyəm, küçədə maşının arxasına bağlayacağam. Sıranızı gözləyin. Məni alçaltdığınız üçün sizə hər şeyi haram edəcəyəm, həyatınızı, canınınızı alacağam”, - deyə Mirkamil yazıb.
 

O, paylaşımlarında İranda onu ürək əməliyyatı edən həkimini də güllələməklə hədələyib:
"2013-cü ildə əməliyyat olundum, mənə vurulan morfinlərə görə beş ilimi aldın. Problem deyil, ömrünü alacağam. Bu işdə əli olanlar, hər ilə görə 27 min hazırlayın. Beş il məni məzarda yaşatdınız. Mən sizi məzarda yaşadacağam”.
Mirkamilin 27 min dollar istəməsinin səbəbi isə əməliyyat olunduğu zaman ondan istənilən pulun miqdarına görədir:
"Tehrandakı həkimimə səslənirəm, mənə 27 min dollar pul oxumuşdun, amma 10 min aldın. Niyə? Mənə əməliyyatda yeddi morfini niyə vurdun? 27 min dollarımı geri alım, sən də bax. Əks halda, səni Tehranın Mərkəzi Xəstəxanasının qarşısında güllələyəcəyəm. And içmişəm”.

Qeyd edək ki, müğənniyə yaxın mənbələr  açıqlamasında Mirkamil və qardaşının dindar olması ilə bağlı məlumat veriblər.
Məsələ ilə bağlı müğənni ilə əlaqə saxlamağa çalışsaq da, telefonlara cavab verən olmayıb.

 
Mirkamilin qohumu, Xalq artisti Mələkxanım Əyyubova isə "Qafqazinfo”ya açıqlamasında bu barədə danışmaq istəmədiyini bildirib.
Onu da bildirək ki, bəzi mənbələr Mirkamilin müalicə məqsədilə qəbul etdiyi dərmanlardan sonra psixoloji sarsıntı keçirdiyini bildirir.

Ötən günlərdə isə Mirkamil "Instagram Live”da bir müddət öncə narkotikdən istifadə etdiyini və birdəfəlik əl çəkdiyini söyləmişdi.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol