• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq artisti Amaliya Pənahovanın son müsahibəsi

Xalq artisti Amaliya Pənahovanın son müsahibəsi
08.11.2018 10:50
Xalq artisti, bu gün dünyasını dəyişmiş  Amaliya Pənahovanın Milli.Az-a müsahibəsini təqdim edirik. Bu, böyük sənətçinin son müsahibəsi idi...

- Amaliya xanım, istər teatr səhnəmizdə, istərsə də filmlərimizdə bir çox qadın obrazları yaratmısınız. Sizin üçün qadın xoşbəxtliyi nədir?

- Qadını gərək anlasınlar, başa düşsünlər. O ən böyük xoşbəxtlikdir ki, səni başa düşürlər.

- Sizin özünüzü tez-tez başa düşürlər?

- Xeyr, görünür mən sadə insan deyiləm ki, məni hamı başa düşə bilmir.

- Həyatda və sənətdə uğur qazanmağın sirri nədir?

- Həyatda öz lazımlılığını hiss etmək. Həmçinin sən hiss edirsən ki, səhnəyə, sənətə lazımsan. Bunu hiss etmək lazımdır. Hiss edəndə uğur da qazanacaqsan.

- Bu doğru fikirdir ki, gərək qadının arxasında kişi dayansın və ona dəstək olsun?

- Xeyr! O qədər kişilər var ki, arxalarında qadınlar dayanıb. İnsanlar müxtəlifdir. Həyatda tək insanlar var ki, çox nailiyyət qazanıb. Nəyisə nəyəsə qurban vermək o deməkdir ki, ya insan zəifdir, ya da bacarıqsız.

- Amaliya Pənahova üçün ailə nə deməkdir?

- Ailə mənim üçün çox şeydir.

- Nələri qurban vermisiz bunun üçün?

- Heç nəyi! Yalan sözdür ki, sənət qurban tələb edir. Ola bilər ki, öz dincliyimdən, asudə vaxtımdan keçmişəm. O da ailəyə bağlılıqdan olub.

- Sənətdə vəfasızlıq görmüsüz?

- Mən çox vəfasız məqamlarla rastlaşmışam. İnsan getdikcə daha da bərkiyir. Bu nəticəyə gəlmişəm ki, insana özündən başqa heç kim sirdaş ola bilməz.

- Nəyi bağışlaya bilməzsiniz?

- Xəyanəti, satqınlığı, etibarsızlığı heç vaxt bağışlamıram. Mən o adamlardan uzaqlaşıram.

- İnsanın böyüklüyü nədədir?

- Yaxşılığı bacarmaqda. Hər kəs yaxşılıq etməyi bacarmır. Əgər onu hansısa məqsədlə edirsə demək ki, o yaxşılıq deyil.

- Həyatınızdakı hansı günü heç vaxt unutmursunuz?

- Mən ürəkdən şaqqanaq çəkib gülməkdən həmişə çəkinmişəm. Yalan deyərəm ki, sevincli anlarım çox olub. 2-3 olub, onları da çalışmışam ki, ürəyimdə saxlayım.

- Güclü xanımsınız. Heç vaxt sizi efirdə ağlayan, kövrələn görməmişik...

- Mənim göz yaşımı niyə tamaşaçı görməlidir ki? Mən sevmirəm ki, kiminsə mənə yazığı gəlsin.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol