• $
  • €
  • ₽
  • ₺
  • £

"Xərçəng bu gözəl insanı da apardı, söz tapa bilmirəm"

"Xərçəng bu gözəl insanı da apardı, söz tapa bilmirəm"
08.11.2018 13:28
Xəbər verdiyimiz kimi, xalq artisti Amaliya Pənahova vəfat edib. 

Məşhurlarımız da xalq artistinin ölümündən sarsılıb. Onlar öz sosial şəbəkə hesablarında paylaşım edərək, A.Pənahovanı xatırlayıblar:

Tanınmış aparıcı Hacı Nuran: Xərçəng bu gözəl insanı da apardı ... Çox pis oldum ... Çox ... Biraz öncə tanınmış Azərbaycan teatr və kino aktrisası, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Azərbaycan Respublikasının xalq artisti, gözəl insan Amaliya Pənahova (15.06.1945 – 08.11.2018) vəfat edib. Əlvida, artıq xatirələrdə yaşayacaq gözəl sənətkar ! ... Allah rəhmət eləsin! Söz tapa bilmirəm"

Əməkdar artist Məlahət Abbasova: "Kaş biri çıxıb bu xəbərin yalan olduğunu söyləsəydi. Şokdayam... İnanılmaz üzgünəm. Azərbaycanın yeri doldurulmayacaq, çox dəyərli sənət insanı, teatr sənətinin əfsanəsi, bir çox tamaşalarda bərabər oynadığım, Azərbaycan səhnəsinin "Primadonna"sı Amaliya Pənahova, nur içində yatın. Haqqımı halal edirəm, əfsanələr ölmür. Siz həmişə qəlbimizdə yaşayacaqsınız".

Tanınmış ifaçı Nadir Qafarzadə: "Heç nə yaza bilmirəm"


Əməkdar artist Sənubər İsgəndərli: "Gözəl siması, istedadı ilə teatr tarixinə adını yazan sənətkar... Allah sizə rəhmət eləsin, Amaliya xanım".

Əməkdar artist Nərgiz Cəlilova: "Amaliya Pənahova... Böyük sənətkar, səni, yaratdığın obrazları heç bir zaman unutmayacağıq".

Əməkdar artist Mehriban Xanlarova: "Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbr diləyirəm./big.az
Allah rəhmət etsin".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol