• $
  • €
  • ₽
  • ₺
  • £

Amaliya Pənahova Horadiz əməliyyatından az öncə cəbhədə - 1993-cü il - FOTO

Amaliya Pənahova Horadiz əməliyyatından az öncə cəbhədə - 1993-cü il - FOTO
12.11.2018 17:15
Tanınmış hərbi jurnalist, fotoqraf və video-operator, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının video və foto arxivinin əsas yaradıcısı hesab olunan Famil Nəsibov sosial şəbəkədəki hesabında ötən həftə dünyasını dəyişmiş xalq artisti Amaliya Pənahova ilə bağlı maraqlı foto paylaşıb.

Anews.az teleqraf.com-a istinadən xəbər verir ki, F.Nəsibonun paylaşımını bu sözlər müşayiət edib:

"Amalya Pənahova. 1993-cü ilin dekabrı. Füzuli rayonunun Bala Bəhməli kəndi. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mövqelərində. Allah ona rəhmət eləsin".

Qeyd edək ki, fotoda "qara polkovnik" ləqəbi ilə tanınanFətulla Hüseynov da əks olunub. F.Hüseynov həmin vaxt Daxili İşlər Nazirliyinin polis polkunun komandiri idi. Mərhum polkovnik Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü ilin yanvarında keçirdiyi uğurlu Horadiz əməliyyatına rəhbərlik edib.

Onu da bildirək ki, müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, dövlət mükafatı laureatı, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Amalya Pənahova noyabrın 8-də ömrünün 74-cü ilində dünyasını dəyişib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol