• $
  • €
  • ₽
  • ₺
  • £

Amaliya Pənahova ilə bağlı müraciət hazırlanır

Amaliya Pənahova ilə bağlı müraciət hazırlanır
14.11.2018 13:23
"Hazırda ən böyük istəyimiz Bakı Bələdiyyə Teatrına Amaliya Pənahovanın adının verilməsidir. Çünki bu teatrı 1992-ci ildə Amaliya xanım yaradıb. Həmin dövrlər heç də asan olmayıb. Amaliya xanım çox çətinliklər bahasına teatrı qurub-yaradıb. Sağlığında teatrda bir-birindən maraqlı tamaşalar səhnəyə qoyulub. Çalışmalıyıq ki, ənənə davam etdirilsin”.

Bunu Modern.az-a açıqlamasında Bakı Bələdiyyə Teatrının aktyoru Tural Əhməd Bakı Bələdiyyə Teatrının xalq artisti Amaliya Pənahovanın vəfatından sonrakı aqibətindən danışarkən deyib.


O, bildirib ki, Amaliya xanımın vəfatından sonra teatr yaşamalıdır:


"Bakı Bələdiyyə Teatrı icra hakimiyyətinə tabedir. Özəl teatrdır. Mədəniyyət Nazirliyinin tabeliyində olmayıb. Ona görə də teatrın kollektivi Amaliya xanımın adının əbədiləşdirilməsini istəyir. Ən yaxşısı özünün yaratdığı teatr onun adını daşımalıdır. Bu zaman həm biz sevinərik, həm də Amaliya xanımın ruhu şad olar. Bununla bağlı müraciət etməyə çalışacağıq. Sadəcə, işi bilən insanlar bunu həyata keçirəcək”.


Teatrın aktyoru gözlənilən təyinatlardan da söz açıb.


"Hər halda, Bakı Bələdiyyə Teatrına rəhbər də, direktor da təyin olunacaq. Amma kimlərin təyin olunacağı barədə bir söz deyə bilmərəm”.

Qeyd edək ki, xalq artisti Amaliya Pənahova həm də Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru olub. 1992-ci ildə adıçəkilən teatrı yaradıb. Hazırda teatrın nə bədii rəhbəri, nə də direktoru var.


Amaliya Pənahova bir neçə gün öncə 8 noyabrında 73 yaşında dünyasını dəyişib.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol