• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın tanınmış yazıçısı vəfat etdi

Azərbaycanın tanınmış yazıçısı vəfat etdi
27.10.2014 08:56
Azərbaycanın tanınmış yazıçısı Cəmil Əlibəyov uzun sürən xəstəlikdən sonra bu gecə vəfat edib. Bu barədə AzNews.az-a ULUS FİLM prodüser mərkəzinin direktoru, mərhumun qardaşı oğlu Gəray Əlibəyov məlumat verib.Onun sözlərinə görə, yazıçı ilə vida mərasimi sabah saat 12.00-də Təzə Pir Məscidində keçiriləcək. Qeyd edək ki, Cəmil Əlibəyov 1927-ci il dekabrın 5-də Füzuli rayonunun Dədəli kəndində dünyaya gəlib. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində yeni açılmış şərqşünaslıq şöbəsinə (İran bölməsi) taxil olub. O, 1949-ci ildə yaradıcılıq sınaq qaydası ilə "Azərbaycan gəncləri" qəzetinə işə götürülüb. 1970-ci ildə C.Əlibəyov daha məsul işə – dövlət vəzifəsinə irəli çəkilib. Azərbaycan Respublikası Radio və Televiziya Verilişləri Komitəsinin sədr müavini təyin olunub, 1974-cü ildən isə "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etməyə başlayıb. Bu müddətdə istehsal olunan filmlər say və keyfiyyətcə yüksək qiymətləndirilib, ümumittifaq, beynəlxalq və respublika mükafatlarına layiq görülüb: "Dədə Qorqud", "Babək", "Dərviş Parisi partladır", "Tütək səsi", "İstintaq", "Ad günü", "Qayınana", "Papaq" filmləri qızıl fonda daxil edilib. C.Əlibəyov 1984-1988-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor və direktor, 1988-1990-cı illərdə "Kommunist" ("Xalq qəzeti") qəzetində baş redaktor işləyib. 1990-cı ildən sonra "Yazıçı" nəşriyyatında baş redaktor vəzifəsinə keçirilib, sonralar "Novruz", "Vahid" qəzetlərində baş redaktor, "Elm və həyat" nəşriyyatında təsisçi-direktor vəzifəsində çalışıb.C.Əlibəyov bədii yaradıcılığa "Azərbaycan gəncləri"ndə işləyərkən başlayıb. Azərbaycan jurnalistlər, yazıçılar və kinematoqrafçılar ittifaqlarının üzvü olub. SSRİ-də yayılmış "Sınaq", "Mənim analı dünyam", "Həyatın özü", "Dözümlü məhəbbət" romanlarının, "Qayaların göz yaşı" povestinin (bunlar Moskvada "Molodaya qvardiya" və "Sovetski pisatel" nəşriyyatlarında rus dilinə çevrilərək nəşr edilib) müəllifidir. Azərbaycanda həmin romnlarla yanaşı "Dünyanın o biri ucu", "İlk məhəbbət" romanları və "Özümü axtarıram", "Analar..", "Anam Arazım mənim" və digər povestləri çap olunub. Bir neçə pyesin, senarinin, publisist kitabın müəllifidir. "Gülüstanda qətl" pyesi Azərbayacan Milli Akademik Dram Teatrında tamaşaya qoyulmuşdu. Ümumiyyətlə, 40-dan çox bədii əsərin müəllifidir. C.Əlibəyov qələm və foto aparatı ilə dörd qitənin ölkələrini səyahət edib, ABŞ-dan, Türkiyədən, Rusiyadan (Sibirdən), Avstriyadan, İrandan və b. ölkələrdən yazdığı səfər oçerkləri maraqla qarşılanmışdır. C. Əlibəyov yüksək hökumət mükafatlarına – orden, medal, fərmanlara layiq görülüb.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol