• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq artisti Rasim Ocaqovun xatirəsi əbədiləşdirilib

Xalq artisti Rasim Ocaqovun xatirəsi əbədiləşdirilib
24.11.2018 10:47


Baş nazir Novruz Məmmədov xalq artisti Rasim Ocaqovun xatirəsinin əbədiləşdirilməsi haqqında qərar imzalayıb.

Oxu.Az-ın  məlumatına görə, qərara əsasən, Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzinə kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor və operator, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqovun adı verilib.

Şəki Şəhər İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etməsi tapşırılıb.

Qeyd edək ki, Azərbaycanın xalq artisti Rasim Ocaqov 1933-cü il noyabrın 22-də Şəki şəhərində anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsini və Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsini bitirib.

"Azərbaycanfilm” kinostudiyasında lentə alınan  "Onun böyük ürəyi ” bədii filmini çəkən sənətkar, sonrakı illərdə "Əsl dost”, "Bizim küçə”, "Mən rəqs edəcəyəm” , "Sən niyə susursan?”, "Skripkanın sərgüzəşti” kimi filmlərdə quruluşçu rejissor kimi fəaliyyət göstərib.

Rejissor kimi isə "Qatır Məmməd”, "Tütək səsi”, "Ad günü”, "Özgə ömür”, "Park”, "Həm ziyarət, həm ticarət ”, "İstintaq”, "Təhminə” , "Otel otağı” filmlərinə ekran həyatı verib.

Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqov 2006-cı ildə Bakı şəhərində dünyasını dəyişib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol