• $
  • €
  • ₽
  • ₺
  • £

"Hicab bağlayanda məni efirlərə qoymadılar" - Əmakdar artist

"Hicab bağlayanda məni efirlərə qoymadılar" - Əmakdar artist
29.11.2018 12:09
"Fikir verirəm sosial şəbəkələrdə məni iki məsələ üzərindən vurmaq istəyirlər, amma alınmayacaq. Çünki mənim arxamda Allahım var. Bu məsələlər haqqında ilk və son açıqlamam olacaq".

Anews.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Mehriban Xanlarova deyib. Aktrisa hicabı açmasını qınayanlara cavab verib. Xanlarova bildirib ki, işinin xatirinə hicabdan imtina etməli olub:
"Həcc ziyarətinə getmişəm və bu, Allahla mənim aramda olan məsələdir. Ziyarətdən sonra hicaba keçdim, heç bir rejissor məni filmə, seriala dəvət etmirdi ki, hicablısan olmaz. Heç bir kanal verilişə dəvət etmədi. Məcburiyyət qarşısında qalıb hicabı açdım. Çörək pulum da, filmdən serialdan gəlir. Sual verirəm sizə. Nə etməli idim? Əl açıb dilənərdim? Yoxsa bəziləri kimi pis işlərlə məşğul olardım? Mən həyatda namusum üçün yaşayıram. Heç kim mənim namusum haqqında artıq-əksik söz deyə bilməz. Namussuz qadın olsaydım, bəziləri kimi mənim də villalarım, maşınlarım, milyonlarım olardı. Əziyyət çəkərək öz zəhmətim ilə çörək pulu qazanıram. Mənim alnım Allahın hüzurunda açıqdır".

M.Xanlarova daha sonra ARB kanalında aparıcılıq etdiyi verilişində Azəri vandam adlı qonağı ilə yaşadıqlarından danışıb:

"Vandam söz-söhbətində mənim heç bir günahım olmadan insanlar haqqımda artıq-əskik yazdılar. Həmin insanları mən Allaha həvalə etmişəm. İnsanların bu məsələni bu qədər qabartmaqlarını anlaya bilmədim. Çünki mən aktrisayam. Apardığım verliş isə şou proqram idi. Mən orada oynaya da, idman da edə bilərdim. Nə yaxşı xarici verilişlərə baxanda bəh-bəhlə baxırlar. Çox uzağa getmək lazım deyil, götürək qonşu dövlətlərdən Türkiyəni. Orada yayımlanan şou xarakterli verlişlərdə aparıcılar min hoqqadan çıxırlar və bizimkilər də böyük bir zövqlə baxırlar. Özümüzünkülər nəsə edən kimin topa, tüfəngə tuturlar. Mən nə etmişdim ki? Verilişimə gələn qonaq şpaqat açdı. Mən də şou olsun deyə onun etdiyi hərəkətləri etdim. Şpaqat gimnastika növüdür. Pis olsa ölkəmizdə təbliğ edilər? Yenə deyirəm mən aktrisayam. Aktirasının borcu odur ki, hər obrazı məharətlə oynasın. Kim necə istəyir, elə də başa düşsün.

Rəqs edirəm, gülürəm, ağlayıram söz edirsiniz. Nə edim mən? Daşım bu qədər ağır olub düşüb başınıza? Mənim haqqımda nəsə yazmamışdan əvvəl çönün ilk öncə özünüzə baxın görün siz kimsiz. Sonra mənim haqqımda nəsə yazın. Yaxın günlərdə vətənimi, dövlətimi Qırğızıstanın paytaxtı Bişkek şəhərində Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanının motivləri əsasında  "Manqurt” tamaşası ilə dövlətimi layiqincə təmsil etdim. Qalibiyyətlə Vətənimə qayıtdım. Uğurlarımı görüb paxıllıqdan susursunuz, amma nəsə görən kimin başlayırsınız tənqidlər yazmağa. Hamı məni sevmək məcburiyyətində deyil. Lakin heç kimin haqqı və hüququ yoxdur ki, mənim haqqımda təhqiramiz ifadələr yazsın, şərəf və ləyaqətimi alçaltsın. Həmin insanları mən Allahın məhkəməsinə həvalə etmişəm".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol