• $
  • €
  • ₽
  • ₺
  • £

"İkimiz də boşanmışdıq, 25 il sonra mənə evlilik təklif etdi" - Nərgiz Cəlilova

"İkimiz də boşanmışdıq, 25 il sonra mənə evlilik təklif etdi" - Nərgiz Cəlilova
04.12.2018 12:25
Əməkdar artist Nərgiz Cəlilova ilk dəfə şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib. 

Anews.az Axşam.az-a istinadən xəbər verir ki, yerli brendlərdən birinin "Etiraf" adlı video layihəsinə qonaq olan aparıcı həyat yoldaşından bəhs edib:

"İnstitutun birinci kursunda oxuyanda tələbə yoldaşımla tanış oldum, saf dostluq münasibətimiz başladı. Qərar verdik ki, dördüncü kursda nişanlanaq, bitirəndən sonra isə evlənək. Onu 4-cü kursda tələbə düşərgəsinə göndərdilər. Qayıdandan sonra dəyişildiyini hiss etdim, münasibətləri davam etdirə bilmədik və ayrıldıq. Acılı ayrılıq idi, amma o zaman bu, tələb olunurdu.

Bir neçə ay keçəndən sonra televiziyada çalışmağa başladığım, həmin şəxs isə elmi işlər görürdü. Bir gün mənə zəng gəldi, bu zəng həmin tələbə yoldaşımdan idi. Etiraf edirəm ki, ayrıldığımız illər ərzində səbirsizliklə onun zəngini gözləyirdim. Telefonda dedi ki, mənimlə görüşmək istəyir. Görüşdük və mənə evlilik təklifi etdi. Əvvəlcə razılaşdım, adət-ənənələrə uyğun olaraq elçi gəldilər. Bir neçə gün keçdikdən sonra düşündüm və hiss etdim ki, daha əvvəlki duyğuları yaşaya bilmirəm. Bunu ona izah etdim, razılaşdıq və yenə də ayrıldıq. Sonra ailə qurdum, qızım dünyaya gəldi. O da evləndi, əkizləri oldu, Amerikaya köçdü.
Üstündən 25 il keçdi. Günün birində mənə yenə zəng gəldi. O dövrdə mən də, o da öz həyat yoldaşlarımızdan ayrılmışdıq. İkimiz də subay idik. 25 ildən sonra o, yenə də evlilik təklif etdi. Təbii ki, razıllıq vermədim. Çünki axar suya ikinci dəfə girmək mümkün deyil. Bu, mənim xasiyyətimdir. Bir neçə il keçdikdən sonra o, ikinci dəfə evləndi, mən isə hələ də təkəm. Hərdən fikirləşirəm ki, ilk məhəbbətim məni rahat buraxmadı”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol