• $
  • €
  • ₽
  • ₺
  • £

Vudi Allen: “Ən yaxşı ideyaları hamamda tapıram”

Vudi Allen: “Ən yaxşı ideyaları hamamda tapıram”
22.10.2014 21:57

Kulis.az rejissor Vudi Allenin həyatdan öyrəndiklərini təqdim edir.

 

Qızlarım belə mənim antik olduğumu düşünür. Ancaq hər səhər hamıdan qabaq oyanıb onları məktəbə göndərən yenə də mənəm.

 

Yazmayan adamların başa düşmədiyi bircə şey var. Onlar elə bilirlər ki, biz qurduğumuz cümlələri şüurlu şəkildə yazırıq. Əslində isə bunu şüursuz edirik. Zarafat edərkən də əvvəldən düşünüb etmirəm. Eləcə zarafat edirəm və nə dediyimin həmin an fərqinə varıram. Sonra da gülürəm. Çünki bunu elə mən də birinci dəfədir eşidirəm özümdən.

 

Qorxu deyilən hiss olmasaydı, yaşaya bilməzdik.

 

Atam mənə üzümü qırxmağı da öyrətməyib, bunu bir taksi sürücüsündən öyrənmişəm. Amma atamın mənə öyrətdiyi ən mühüm şey odur ki, sağlamlığımız yoxdursa, deməli heç nəyimiz yoxdur. Dişin ağrıyırsa, boğazın qıcıqlanırsa, ürəyin bulanırsa, hətta daha pis şeylər varsa ortada, deməli həyatınızdakı hər şey bərbaddır.

 

Bol xardallı, sosiskalı sendviçi gözünüzün qabağına gətirin... Artıq belə şeylər yemirəm. Təxminən 45 ildir dilimə dəymir. Ləzzətli şeyləri yox, sağlam olan şeyləri yeyirəm.

 

Anam məni ciddi nizam-intizam içində böyüdüb. Atam, elə də çox qazanmırdı. Anam evin gəlirindən məsul idi. Buna görə də bizimlə həssas və yumşaq davranmaq kimi lüksü yoxdu. Anam mənə işləməyi və vaxtımı boşuna keçirməməyi öyrətdi.

 

Filmlərimi tamamladıqdan sonra, heç vaxt geriyə dönüb bircə səhnəsini belə xatırlamadım. Filmlərdə nələr olduğunu da xatırlamıram. Bəzən televizorda kanalları gəzərkən, “Manhattan” və ya başqa görüntüləri görüb keçmişə qayıdıram. Əgər “Manhattan”ı təkrar izləsəm, sadəcə pis tərəfini görəcəm. Sonra da “aman Allah! Bunu edə bilərdim, onu edə bilərdim”- deyəcəm. Buna görə də filmlərimi izləməkdən qaçıram.

 

Hamamda isti suyun altında olarkən ağlıma yeni ideyalar gəlir. Duşun altında adama elə gəlir ki, o başqa dünyadadır.

 

Əgər dünyaya istedadlı biri kimi gəlmisinizsə, bunu uğur kimi qiymətləndirməyiniz doğru deyil.

 

Evlilik üçün “dava etməyi bacarmaq lazımdır” deyirlər. Məndən soruşsanız, bu tamamilə müdrikliklə bağlı şeydir. Bərabər yaşayan insanlar mübahisə edə bilərlər, bu tamamilə təbii bir şeydir. Gənc olanda bu mübahisələr alovlanar, tərəfləri birləşdirən bir nöqtə tapmaq qeyri-mümkün olur. Qısası, iş cığırından çıxmağa yaxınlaşır. Ancaq yaşlandıqca başa düşürsən ki, bu mübahisə də bitəcək. Bəli, bir-birinizi başa düşmürsünüz , amma bu dünyanın sonu demək deyil. Məhz burda təcrübə öz sözünü deyir.

 

Sən əlindən gələni edərsən, amma sonda yenə hər şeydən taledən asılıdır.

 

İnqmar Berqmanla bir masa ətrafında oturmaq, divar rəngləyənin Pikasso ilə eyni masada oturması kimi bir şeydir.

 

Həyatda var olmağımızı sadəcə bir təsadüfdür. Qısa və mənasız saniyələrdən zövq alıb diqqətimizi dağıdırıq sadəcə. Bu dünyada qısa müddətlik varlıqlar olduğumuzu unutmağımız üçün diqqəti dağıtmaq lazımdır. Həyatla bacarmağın başqa yolu yoxdur. Məsələn, eşq diqqəti dağıtmağın ən yaxşı yollarından biridir. İşləmək də o cümlədən.

 

Mənbə: “Esquire”

Günel ƏSGƏRZADƏ

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol