• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyaca məşhur əsər Azərbaycan dilində!

Dünyaca məşhur əsər Azərbaycan dilində!
21.10.2014 13:27

"Qanun" nəşriyyatı tanınmış Amerika yazıçısı Henry Miller-in "Xərçəng tropiki" romanını Azərbaycan dilində çap edib.

“Bəs bu? Kitab deyil bu. Böhtan, şər, heysiyyətə qarşı iftiradır. Sözün əsl mənasında kitab deyil bu. Xeyr, bu, uzun bir həqarətdir, Sənətin üzünə tüpürülmüş bəlğəm, Tanrının, İnsanın, Taleyin, Zamanın, Sevginin, Gözəlliyin və başqa nə istəyirsənsə, onun dalına vurulmuş təpikdir. Mahnı oxuyacağam sizin üçün, bəlkə düzgün notda olmayacaq bir az, amma oxuyacağam. Siz gəbərərkən mən mahnı oxuyacağam, rəqs edəcəyəm murdar cəsədlərinizin üzərində...”

Roman müəllifin Fransada, əsasən Parisdə keçirdiyi illərdən, Parisdəki həyatın ən fərqli tərəflərindən, özü də daxil olmaqla, oradakı sənətçilərin yaşamaq və yaratmaq uğrunda apardığı uğurlu-uğursuz mücadilələrindən bəhs edir.

Henri Millerin təsvir etdiyi Paris başqa Parisdir. Henri Millerin Parisində sənət və gözəlliklə bərabər, uğursuz yazarlar, səfalətin zirvəsinə dırmanmış mühacirlər, həyatın dibində çapalayan insanlar da var.

Və hamısının mükəmməl, sarsıdıcı təsvirləri...  İlk baxışdan xaotik, amma daxili düzəni olan, fəlsəfə ilə, sənət ilə reallığın sərt formada qarşı-qarşıya qoyulduğu bir romandır “Xərçəng tropiki”.

Tərcümə Rəşad Səfərindir. 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol