• $
  • €
  • ₽
  • ₺
  • £

"1 həftə öncə Zahidlə birlikdəydik" - 26 illik dostu ölən klarnet ifaçısından danışdı

"1 həftə öncə Zahidlə birlikdəydik" - 26 illik dostu ölən klarnet ifaçısından danışdı
28.05.2020 19:39
Ötən gün dünyasını dəyişən tanınmış klarnet ifaçısı Zahid Əliyevin 26 illik dostu müğənni Nazil Ağalarov Metbuat.az-a danışıb.
Nazil Ağalarov qəfil dünyasını dəyişən dostuyla bağlı xatirələrini bölüşüb:

"Zahidin nəyə qadir olduğunu bütün Azərbaycan müsİqiçiləri bilir. Zahid böyük sənətkardır, bizim 26 illik dostluğumuz olub. Zahidlə Sabirabaddakı toy məclislərinin birində tanış olmuşam. Dostumun övladının toyuna getmişdim, o da məclisdə idi. Bizim dostluğumuz ondan sonra yarandı.
Zahid çox təmiz adam, etibarlı dost, bir sözlə tikansız adam idi. Böyüklə böyük, kiçiklə kiçik olurdu. İlk dəfə Bakıya gələndə mənimlə birlikdə toylara gedib. Sonra bizim gözəl sənətkarlarımızla işləyib. Zahidin haqqında saatlar yox, illərlə danışmaq olar. Allah ona rəhmət eləsin. Onunla olan xatirələrimi bölüşmək üçün saatlarla vaxt lazımdır. Zahidin ölümü Azərbaycan musiqisinin ən böyük itkilərindən oldu.
1 həftə öncə Zahidlə birlikdəydik. Dostlarla zəng edib, onu dəvət etdik. Yeni klarnetini götürüb, gəldi. İki saatdan çox birlikdə olduq. Azərbaycanda çox sənətkar olub. Zahid o əvəzolunmaz sənətkarlardan biridir. Anası onu çox istəyirdi. Ona görə, tez apardı yanına. İnsan dünyadan tez köçəndə onunla bağlı iki söz deyirlər. Ya, Allah rəhmət eləsin, tez aramızdan getdi, ya da Allah çox istədiyinə görə tez apardı. İki sualın arasında qalmışam indi. Hansı yaxşıdırsa, Allah onu nəsib eləsin”.
Qeyd edək ki, tanınmış klarnet ifaçısının anidən ürəyi dayanıb. Həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.(metbuat)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol