• $
  • €
  • ₽
  • ₺
  • £

Tacirdən HÖKM OXUNAN Fədayə ilə bağlı AÇIQLAMA: Ürəyimə damıb ki... - FOTO

Tacirdən HÖKM OXUNAN Fədayə ilə bağlı AÇIQLAMA: Ürəyimə damıb ki... - FOTO
27.12.2018 18:21
Tacir Şahmaloğlu ötən gün Bakıda məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədayə Laçının cəzasına narazılığını bildirib.
Milli.Az xəbər verir ki, T.Şahmaloğlu məhkəmə qərarının onun üçün gözlənilməz olduğunu, keçmiş duet ortağının cəzasını ağır hesab etdiyini qeyd edib.
Tacir apelyasiya şikayəti verəcəkləri təqdirdə Fədayənin cəzasının xeyli yüngülləşdiriləcəyinə ümid etdiyini də sözlərinə əlavə edib:

"Aramızdan ürək dostumuz gedib. Dua edirəm ki, Allah onun qapısın açsın. Mən əslində onun əfv ediləcəyini gözləyirdim. Amma eybi yox, 5 il də bir şey deyil. 

Apelyasiya məhkəməsindən sonra, fikirləşirəm ki, cəzası yüngülləşdiriləcək. Ürəyimə damıb ki, onu yüngül bir cəza ilə azadlığa buraxacaqlar. Çünkü onun nə günahı var ki? O, günahsız bir insandır. Fədayə "çujoy-paxmel" getmişdi. Fədayə elə insan deyil axı. O, heç vaxt kriminal olmayıb. Hər bir gözəl insani xüsusiyyət onda var. Fədayə sadəcə kiminsə güdazına getdi". 
Qeyd edək ki, dünən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilən xanım sənətkar Fədayə Laçının vəkili Nurəngiz Qarayeva qərardan narazı olduqlarını bildirib:
 "Biz hökmlə razı deyilik. Hələ ki, hökmü almamışıq. Hökmü alandan sonra apellyasiya şikayəti verəcəyik. Yəqin ki, qərarı yeni ildə alacağıq. Hökm alınandan sonra apellyasiya şikayəti hazırlayıb məhkəməyə təqdim edəcəyik".


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol