• $
  • €
  • ₽
  • ₺
  • £

Maşın onun üçün əldən getdi - finalçılar müəyyənləşdi

Maşın onun üçün əldən getdi - finalçılar müəyyənləşdi
28.12.2018 09:32
Azərbaycanın ən çox müzakirə olunan realiti-şousu olan "Maşın şou. Hind kinosu"nun finalçıları müəyyənləşdi.

Anews.az oxu.az-a istinadən bildirir ki, layihədə dörd iştirakçı qalırdı, halbuki finalda yalnız üç nəfər qalmalıdır.

Müzakirəyə Ranar Musayevin namizədliyi çıxarıldı. O isə ən emosiyasız iştirakçı kimi tanınırdı.

Ənənəyə sadiq qalaraq şoudan çıxmağa namizəd rəqibini açıqlamadı. "Kor-koranə" oyun həmişə özündə lazımı tamaşaçı səsi toplamamaq riskini daşıyır. Səsvermənin ilk nəticələri - 14 faiz Ranar Musayevin ürəyincə olmasa da, püşk artıq atılmışdı və axıradək oynamaq lazım idi.

Çox gözləməyə ehtiyac qalmadı. Şounun aparıcısı Murad Dadaşov Ranar Musayevi tribunaya dəvət edir və mümkünsüz mümkün olur. Tamaşaçıların təxminən 80 faizi Ranarın layihədə qalmasına səs verdi.

"Mən Sərxan Kərəmoğlunu seçirəm", - deyə Ranar bildirdi.

Bununla da Sərxan finala bir addım qalmış şounu tərk etməli oldu.
"Mən zərrə qədər təəssüflənmirəm. Özünüz gördünüz və tamaşaçılar nəticə çıxara bilərlər. Yarımfinala çata biləcəyimi düşünmürdüm. Fiziki cəhətdən elə də güclü deyiləm. Məni əsəbiləşdirənlər var idi, onları layihədən kənarlaşdırdım. Finala çatanlar isə doğrudan da avtomobilə layiqdirlər", - deyə Sərxan vurğuladı.

Öz növbəsində Ranar Musayev ona səs verən bütün tamaşaçılara minnətdarlıq etdi.

"Sərxan Kərəmoğluya görə bir az məyusam. Lakin bu, oyundur və mən oynamalı idim. Əmin idim ki, lazımı səs toplaya bilməyəcəyəm. Lakin möcüzə baş verdi. Bundan sonra əsl oyun başlayacaq. Artıq burada nə ledi, nə centlmen var. Bu oyunda əsas dözümlükdür və axıradək qala biləcəyimə əmin deyiləm. Xəyalə Quliyevanın təcrübəsi var. Səmra Rəhimlidən hər şey gözləmək olar. Ona görə də mübarizə apardığımız avtomobilin kimə çatacağını əminliklə söyləmək olmaz", - deyə o öz qərarını şərh etdi.

Qeyd edək ki, "Maşın şou. Hind kinosu"nun finalına Səmra Rəhimli, Ranar Musayev və Xəyalə Quliyeva çıxıb.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol