• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk dəfə - “Celentano Tribute Show”

Azərbaycanda ilk dəfə - “Celentano Tribute Show”
16.01.2019 15:37

 
Bakıda ilk dəfə, sevgililər gününə özəl olaraq keçiriləcək təkrarsız İtaliya layihəsi Celentano Tribute Show nümayiş etdiriləcək.
 
Bütün dünyada trend olan "Celentano Tribute Show” fevralın 13-də Heydər Əliyev Sarayında baş tutacaq. Konsert proqramı əfsanəvi dünya ulduzu Adriano Celentanonun 80 illik yubileyi şərəfinə keçiriləcək.
 
Əfsanəvi Adriano Celentanonun ən sevimli xitləri və performansları Maurizio Schweizerin ifasında Azərbaycan tamaşaçısına təqdim olunacaq. Maurizio Schveizer mükəmməl aktyor və müğənni Adriano Çelentanonun "rəsmi əkiz”idir. Bu şou sevimli italyan sənətkarın ən yaxşı mahnılarını eşitmək üçün əla şansdır.
 
Celentano Tribute Show öz rəngarəngliyi ilə də insanı heyran qoyur. Bütün çıxışlar detallarına qədər düşünülür. Xüsusi diqqət isə səhnə qəhrəmanının - Maurizio Schveizerin səhnə obrazına yetirilir.
 
İstedadı və böyük əməyi sayəsində Maurizio öz tanınmış əkizinin obrazının bütün detallarını - səsini və hərəkətlərini inanılmaz bacarıqla təkrarlaya bilir. Celentano Tribute Show  bir çox dünya ölkələrində konsert proqramı ilə çıxış edərək, tamaşaçıları valeh edir. Buna misal olaraq, Moskvanın Crocus City Hall konsert  zalında keçililən unudulmaz şouları qeyd etmək olar.
Bundan başqa, şou ABŞ  teatrlarında da böyük uğurla nümayiş etdirilir. Fransa, Ukrayna, İspaniya, Latviya, Türkiyə, Qazaxıstan, Almaniya, Mold Moldova və sair ölkələrdə də uğur qazanan şou indi Azərbaycanda geniş tamaşaçı kütləsinə  ilk  dəfə təqdim olunacaq.
 
Biletləri İtiket (on-line almaq üçün linkə tıklayın https://iticket.az/events/concerts/celentano-tribute-show/6191 )  və şəhərin bütün kassaları, eləcə də ASAN xidmət kassalarından almaq mümkündür. 
 
https://www.youtube.com/watch?v=pLS9MoEumkc
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol