• $
  • €
  • ₽
  • ₺
  • £

İTV “Eurovision-2019” üçün mahnı qəbulu elan etdi

İTV “Eurovision-2019” üçün mahnı qəbulu elan etdi
24.01.2019 19:30
İctimai Televiziya və Radio Yayımları Şirkəti "Eurovision-2019" üçün mahnı qəbulunu elan edib.

Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsindən Anews.az-a verilən məlumata görə, "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb.

Azərbaycan üzrə rəsmi yayım hüququna sahib İctimai Televiziya bu ilin mayında İsrailin Tel-Əviv şəhərində keçiriləcək "Eurovision 2019" mahnı müsabiqəsində ölkəmizin təmsil olunacağı mahnı seçiminə dair şərtləri də açıqlayıb.

Belə ki, həm yerli, həm də xarici bəstəkarlara müraciətdə qeyd edilir: "Söz yazarları və bəstəkarlar müsabiqə üçün göndərəcəkləri musiqi və mətni "MP3” versiyasında təqdim etməlidirlər. Göndərilən mahnının xronometrajı "Eurovision" mahnı müsabiqəsinin təşkilatçısı - Avropa Yayımları Birliyinin (EBU) şərtlərinə uyğun şəkildə maksimum 3 dəqiqə təşkil etməlidir. Mahnı 2018-ci ilin sentyabrın 1-dən öncə ictimaiyyətdə, eləcə də rəsmi olaraq hər hansısa mediada (televiziya, radio və ya internet resursları) yayımlanmamalıdır. Seçim turuna təqdim edilən mahnı, digər musiqiçilərin "cover” mahnıları ola bilməz, həm musiqi, həm də mahnıda musiqi alətlərinin istifadəsi original olmalı, musiqi bir-birini təkrarlamamalıdır. Mahnı seçimi turunda iştirak edən hər kəs özü haqqında məlumat da yollamalıdır”.

Qeyd edək ki, müsabiqə üçün təqdim olunan mahnıların hansı müğənninin ifasında səsləndirilməsi seçimi yalnız "Eurovision”nın rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

"Eurovision - 2019” üçün mahnı seçimində iştirak etmək istəyənlər öz ərizələrini bu gündən etibarən [email protected] ünvanına göndərə bilərlər.

Mahnı seçimi ilə bağlı ərizələrin qəbulu 7-fevral 2019-cu il tarixində yekunlaşacaq

 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol