• $
  • €
  • ₽
  • ₺
  • £

“Yeddi Gözəl” baleti ilk dəfə ABŞ-da nümayiş olunub - VİDEO

“Yeddi Gözəl” baleti ilk dəfə ABŞ-da nümayiş olunub - VİDEO
13.10.2014 18:31

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Yeddi Gözəl” baleti ABŞ-ın Kaliforniya ştatında səhnələşdirilib.

 

ANN.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, ABŞ-da ilk dəfə nümayiş edilən “Yeddi Gözəl” baletinə 3 mindən çox adam tamaşa edib. 

 

Tamaşa Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqonun məşhur Şəhər Teatrında (Civic Theater) göstərilib.

 

San Dieqo Baletinin səhnəyə qoyduğu tamaşanın xoreoqrafı sözügedən baletin direktoru, yüksək mükafatlar laureatı Xavier Velaskodur. Baletin musiqisi tanınmış dirijor Randal Tvidin rəhbərlik etdiyi nüfuzlu Grossmont Simfonik Orkestri tərəfindən, bütün rollar isə amerikalı balet ustaları tərəfindən ifa edilib.

 

Baletin yeni səhnələşdirilməsində Azərbaycan milli geyimlərindən, eləcə də “Yallı” kimi milli rəqslərimizin elementlərindən istifadə tamaşanın milli ruhunu daha da gücləndirib. Dahi Qara Qarayevin baleti amerikalı tamaşaçıların ayaqüstü və gurultulu alqışları ilə qarşılanıb.

 

Tamaşadan sonra rəsmi ziyafət verilib. Ziyafətə ABŞ-ın federal və yerli seçkili orqanlarının rəsmiləri, San Dieqo və digər müxtəlif şəhərlərin bələdiyyə şuralarının üzvləri, xarici diplomatlar, ictimai və mədəniyyət xadimləri, rejissor və bəstəkarlar, universitet professorları və KİV nümayəndələri qatılıblar. Ziyafətdə ARDNŞ vitse-prezidenti Xalik Məmmədov da iştirak edib.

 

Ziyafətdə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev “Yeddi Gözəl” baletinin bu nümayişini Azərbaycan mədəniyyəti tarixində əlamətdar hadisə adlandırıb. Baş konsul uğurla keçən tamaşanı Azərbaycan mədəniyyət diplomatiyasının zəfəri kimi dəyərləndirib.

 

Sonra ABŞ konqresmeni Syuzan Deyvis, Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Milli Məclisin üzvü Asim Mollazadə, Grossmont Kollecinin prezidenti Sindi Mayls, tamaşanın dirijoru R.Tvid və xoreoqrafı X. Velasko çıxış ediblər. Onlar tamaşanın önəmindən, “Yeddi Gözəl” baletinin tərənnüm etdiyi tolerantlıq, multikulturalizm kimi bəşəri dəyərlərdən bəhs ediblər və öz təəssüratlarını bölüşüblər.

 

San Dieqo şəhərinin Beynəxalq Məsələlər Bürosunun rəhbəri Bryus Abrams isə San Dieqo merinin imzaladığı bəyannaməni təqdim edib. Bəyannaməyə əsasən 2014-cü ilin 11 oktyabr tarixi San Dieqo şəhərində “Yeddi Gözəl Günü” elan edilib.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol