• $
  • €
  • ₽
  • ₺
  • £

Çingiz Abdullayev Sobçakın anasını sərt tənqid etdi

Çingiz Abdullayev Sobçakın anasını sərt tənqid etdi
05.02.2019 19:00
İkrah oyadan fikirləri şərh etməyi sevmirəm. Ancaq bəzən biganə qalmaq mümkün olmur. Tanınmış demokratın həyat yoldaşı və rusiyalı prezidentliyə namizədin anası – senator Lyudmila Narusova mərhum Fərman Salmanovun ünvanına təhqiramiz ifadə işlətməyə cürət edib. Surqutda aeroporta onun adının verilməsinə razı deyilmiş.

Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev öz "Facebook” səhifəsində rusiyalı teleaparıcı Kseniya Sobçakın anası Lyudmila Narusovanın Sibirdə neft yataqlarını aşkarlayan Fərman Salmanovu təhqir etməsi ilə bağlı yayılan xəbəri şərh edib.

Abdullayevin sözlərinə görə, rusiyalı "demokrat” xanım Surqut əhalisinin böyük əksəriyyətinin rəyini vecinə almır.

"Maraqlıdır ki, bu "demokrat” Surqut sakinlərinin çoxunun fikrini vecinə almır, halbuki hər adla bağlı ayrıca səsvermə keçirilib. Ancaq iş heç bunda da deyil. Riyakarcasına qeyd edir ki, aeroporta tələffüzü çətin olan azərbaycanlının adı verilib. Sən işə bir bax. Məsələ ondadır ki, xanım Narusovanın özü  əsrimizin əvvəlində Tuvadan senator seçilib və bu postda Çanmır Udumbarı əvəzləyib.

Onun tuva dilində səlis danışmasına və Tuva adlarını ifadə edən zaman hər hansı çətinliklə üzləşmədiyinə heç bir şübhəm yoxdur. Məsələn, hökumət başçıları  - Sarık-Donqak Çimbe və ya Adıq-Tülüş- Heçek ool. Tuvalılar məni bu müqayisəyə görə bağışlasınlar. Ancaq əlbəttə ki, onların tələffüzü Fərman Azərbaycan adından daha asandır. Mən prinsipial olaraq Salmanovun xidmətlərindən danışmıram. Heç kimin ünvanına belə düşməncəsinə çıxışlara yol vermək olmaz,  həmin şəxsin xidmətləri və ya milliyyətindən asılı olmayaraq. Bu məsələdə isə insanlar seçib və şübhəsiz ki, onun verdiyi töhfələrə görə seçib!

Bir neçə ildən sonra Narusovanı Bryansk vilayətindən senator göndərdilər və üstündən çox keçməmiş səlahiyyətlərini əlindən aldılar. İndi o yenə də Tuva senatorudur. Bəzən belə şeylər olur. Ən təəcüblüsü odur ki, düz otuz il əvvəl onun mərhum həyat yoldaşı uzaq diyarlardan seçilmiş partiya funksionerlərini məsxərəyə qoyurdu”.

Müqayisə üçün yazıçı "Qarabağ” futbolçusu Mahir Mədətovun "Neftçi”yə qarşı matçdan sonra afrikalı futbolçuya qarşı etdiyi jesti misal göstərib.

"Dünən "Qarbağ”-"Neftçi” matçı keçirildi. Mən də o matçda (tamaşaçı qismində) iştirak edirdim.  Oyun zamanı "Neftçi”nin müdafiəçisi Mamadu Mboca toqquşmadan sonra "Qarabağ” oyunçusu Mahir Mədətova əlini uzatdı. Gərginlik zamanı o, bu jestə cavab vermədi. Onu son zamanlar yaman tənqid edirlər, bəzən bu tənqidlər yersiz xarakter daşıyır, gənc və istedadlı futbolçunu gözüm-çıxdıya salırlar. Ancaq axşam saatlarında müdafiəçiyə ismarıc göndərərək, ondan üzr istəyib və bildirib ki, onun irqçi baxışları yoxdur, ola da bilməz.

Mamadu Mboca da ona cavab verib. Xoşbətxtlikdən "Neftçi” müdafiəçisi də hər şeyi düzgün başa düşüb. Bu, bizdə multikulturalizmin olduğuna inanmayanlara, azərbaycanlıları digər millət və irqlərə qarşı qeyri-tolerantlıqda ittiham edənlərə bir dərs oldu.

İndi isə özünüz müqayisə edin. Bir tərəfdə aeroportun adlandırılmasından hiddətlənən senator Narusovanın etdiyi hərəkət. Digər tərəfdə azərbaycanlı və seneqallı futbolçuların etdiyi hərəkət. Şəxsən mən senatorun yerinə utanıram. Ən azından ərinin xatirəsinə hörmət edirsə, belə çıxışlar etməyə haqqı yoxdur”, - deyə Abdullayev sosial şəbəkədə yazıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol