• $
  • €
  • ₽
  • ₺
  • £

Bernard Şounun ən gözəl Aforizmləri

Bernard Şounun ən gözəl Aforizmləri
09.10.2014 12:57
Bernard Şou həm ədəbiyyat üzrə Nobel mükafatına, həm də "Piqmalion" filminin ssenarisinə görə Oskar mükafatına layiq görülən yeganə insandır. Yazıçı məktəblərdə aldığı təhsildən heç nə öyrənmədiyini etiraf etmiş, Dikkensin, Şekspirin, Benyanın kitablarından, "İncil"dən, "Min bir gecə" nağıllarından və anasının ifa etdiyi operalardan isə çox şey öyrəndiyini demişdi. Ədibin həyat təcrübəsi və müdrikliyi onun dahiyanə pyeslərində və iti aforizmlərində öz əksini tapıb. ANN.Az "AdMe.ru"ya istinadən Bernard Şounun ən gözəl sitatlarını təqdim edir. 
Dünya - işləmədən pul qazanmaq istəyən avaralardan və hər zaman işləməyə hazır olmalarına baxmayaraq, varlanmayan gicbəsərlərdən ibarətdir.  
Rəqs - horizantal arzunun vertikal ifadəsidir. 
Nifrət - kimlərəsə görə qorxuya düşən tumanın intiqamıdır.
Biz özümüz xoşbəxtlik yaratmırıqsa, onu istəməyə haqqımız yoxdur.
İdeal kişi - ideal həyat yoldaşının olduğunu düşünən kişidir. 
Tənhalığa tab gətirmək və ondan zövq almaq böyük vergidir. 
Səmimi olmaq elə də çətin olmamalıdır, xüsusilə əgər siz həm də səfehsinizsə. 
İnsanları sizi asmaq istəyindən yayındırmaq üçün hərdən onları güldürmək lazımdı. 
Ən yaxınına qarşı ən böyük günah - nifrət deyil, biganəlikdir, biganəlik qeyri-insanlığın ən yüksək zirvəsidir. 
Qadınlar bizim onlara kiminlə xəyanət etməyə hazır olduğumuzu dərhal duyurlar, bəzən hətta bu, bizim ağlımıza gəlməmişdən əvvəl. 
"Hələlik" sözünü 30 sözdən az kəlməylə ifadə eləməyə müvəffəq olan qadın dünyaya gəlməyib. 
Darıxdırıcı qadınla yaşamaqdansa, qocasıyla yaşamaq daha asandı. Düzdü, bəzən onları boğub öldürürlər, amma nadir hallarda tərk edirlər. 
Alkoqol - həyat adlanan şey üzərində əməliyyat aparmağa imkan yaradan anesteziyadır.  
Bir şeyi bacaran kimsə iş görür, bacarmayanlar isə başqalarına dərs keçir. 
Çalışın çox sevdiyiniz şeyi əldə edəsiniz, yoxsa əldə etdiyiniz şeyi sevməli olacaqsınız. 
Qocalmaq darıxdırıcıdır, amma uzun yaşamaq üçün yeganə metoddu. 
Tarixdən götürüləcək yeganə dərs odur ki, insanlar tarixdən heç vaxt dərs götürmürlər. 
Qəzet - velosipeddən yıxılmaqla sivilizasiyanın çökməsi arasındakı fərqi görməyən yayım orqanıdır. 
Demokratiya - sizin başınızın üzərindəki hava şarıdır, gözlərinizi zilləyib ona baxdığınız vaxt o birilər sizin ciblərinizi boşaldır.  
Sizdə bir alma var, məndə də bir alma var, əgər biz almaları dəyişsək, hərəmizdə bir alma olacaq. Amma əgər sizdə bir ideya, məndə də bir ideya varsa və biz onları dəyişdirsək, onda hərəmizdə iki ideya olacaq. 
Sağlam düşüncə və əməksevərlik sizdəki istedad çatışmazlığını kompensasiya edəcək, onda siz dahilərin dahisi ola bilərsiniz, ancaq axmaqlıqla bütün həyatınızı məhv edə bilərsiniz. 
Ad və titullar o şəxslər üçündü ki, onların ölkələri qarşısındakı xidmətləri şübhəsizdir, amma xalq üçün naməlumdu. 
İnsan - kərpic kimidir, bişdikcə bərkiyir. 
Reputasiya - maskadır, insan necə şalvar və pencək geyinir, eynilə onu da geyinir. 
Heç nəyə inanmayan insan hər şeydən qorxur. 
Təbiətin boşluqlara dözümü yoxdu, hardakı insanlar həqiqətləri bilmirlər, onlar o boşluğu mövhumatla doldururlar. 
Ağıllı insan dünyaya uyğunlaşmağa çalışır, ağılsız isə dünyanı özünə uyğunlaşdırmağa çalışır. Ona görə də proqres hər zaman kütbeyinlərdən asılıdır. 
Müasir cəmiyyətdə heç nəyə inanmayan varlı adamlar əxlaqdan məhrum yoxsul qadınlardan daha təhlükəlidirlər. 
Biz göydə quş kimi uçmağı, suda balıq kimi üzməyi öyrəndik, indi bizim çatışmayan yeganə cəhətimiz var, yerdə insan kimi yaşamağı öyrənmək.
Tərcümə: Cavid Ramazanlı
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol