Aktrisanın kilsədə soyunması üçün 200 min dollar ödənildi

Məşhur "Titanların oyunu" serialının çəkiliş qrupu Sersey Lannister obrazını canlandıran aktrisanın kilsədə soyunması üçün 200 min dollar ödəyib.
ANN.Az-ın TMZ tabloidinə istinadən verdiyi xəbərə görə, 4 günlük çəkiliş üçün hər günə 50 min dollar pul ödənilib.
Əvvəlcə verilən məlumatda qeyd edilirdi ki, Xorvatiyanın Dubrovnik şəhərindəki kilsənin rəhbərliyi kilsədə çılpaq səhnənin çəkilməsinə icazə verməyib. Serialın sujetinə əsasən Sersey Lannister obrazını canlandıra Lena Hidi kilsədən tamamilə çılpaq halda çıxıb Kral sarayına sarı getməlidir. Qəhrəmanın bu yolla öz günahını yumaq istədiyi güman edilir. Serialın prodüsserləri səhnəni ləğv etməkdən imtina ediblər, çünki bu serialdakı açar anlardan biridir.
Dubrovnikdəki çəkilişlər zamanı serial heyəti yaxınlıqdakı küçələrdəki bütün kilsələri bağlamaq məcburiyyətində qalıblar. Bundan əlavə, yaxınlıqdakı küçələrdəki mağaza sahiblərindən 4 günlük mağazaları bağlamaq xahiş edilib. Bundan əlavə, çəkiliş heyəti smartfon telefonlardan şəkil çəkməmək və səhnə barəsində məlumat verməmək barədə sənəd imzalayıblar. Əgər razılaşma pozulsa, onlar 250 min dollar həcmində cərimə ödəməlidirlər. Çılpaq Hidi kilsədən çıxarkən yanında cəmi 4 adamın olduğu bildirilir.
ANN.Az
























