• $
  • €
  • ₽
  • ₺
  • £

Məhəbbət və hiyləgərliyin təsirli hekayəti - "Qız qalası" baleti - FOTOLAR

Məhəbbət və hiyləgərliyin təsirli hekayəti - "Qız qalası" baleti - FOTOLAR
08.10.2014 16:16
Lyubov Qasımova"Teatr - incəsənətin həqiqi məbədidir, ora daxil olarkən siz Yer kürəsindən bir andaca ayrılırsınız və gündəlik münasibətlərdən azad olursunuz!" - V.Q.Belinski.İlk dəfə yeni mövsümdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində “Qız qalası” baletinin tamaşası olub.Musiqinin və librettonun müəllifi Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Əfrasiyab Bədəlbəylidir. Bizim opera-balet teatrımızın bu əfsanəvi insanın mirasını unutmaması və onun əsərlərini öz səhnəsində tamaşaya qoyması təqdirə layiqdir. Əfrasiyab Bədəlbəyli yalnız bəstəkar deyil, o, dirijor, musiqişünas və publicist olub. Biz fəxr edirik ki, "Qız qalası" musiqinin müəllifi müsəlman Şərqində ilk Azərbaycan baletinin və librettosunun müəllifidir."Azərbaycanın ilk milli baleti üzərində işləyərkən mən musiqili-xereoqrafik roman yazmağa başladım. Müasir musiqi dili ilə zülmkara qarşı mübarizə aparacaq ölməz xalq əfsanəsi yaradılmasında mənə əlbəttə ki, millu musiqi dili yardım edəcəkdir" - Əfrasiyab Bədəlbəyli balet haqqında ilk təəssüratlarını vaxtilə belə bölüşüb.Mövsümün ilk açılış səhnəsində Azərbaycanın xalq artisti Gülağası Mirzəyev (Polad), əməkdar artist Tamilla Məmmədzadə (Gülyanaq) və Anar Mikayılov öz məharətlərini nümayiş etdirirdilər.Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestri tam heyətlə fəaliyyət göstərirdi və Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov musiqi dalğasını öz ardınca apara bilirdir.Əsas baletmeyster - vaxtilə Gülyanaq partiyasının mahir ustası kimi tanınan xalq artisti, SSRİ dövlət mükafatının laureatı Tamilla Şiraliyeva idi.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol