• $
  • €
  • ₽
  • ₺
  • £

“Yeddi Gözəl” baleti ilk dəfə ABŞ-da

“Yeddi Gözəl” baleti ilk dəfə ABŞ-da
08.10.2014 11:49

Oktyabrın 11-də ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində dahi bəstəkarımız Qara Qarayevin “Yeddi Gözəl” baletinin tamaşası keçiriləcək.

Bu barədə APA-ya Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan məlumat verilib. Baş Konsulluğun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən səhnələşdirmə “Yeddi Gözəl” baletinin Amerikada ilk premyerası olacaq. Tamaşa ABŞ-ın ən böyük opera teatrlarından olan, 3 min tamaşaçı tutumuna malik San Dieqo Şəhər Teatrında (San Diego Civic Theater) keçiriləcək. Tanınmış San Dieqo Baleti tərəfindən Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqoda səhnələşdirilən “Yeddi Gözəl” baletinə amerikalılar tərəfindən böyük maraq müşahidə olunur. Baletin musiqisi San Dieqo şəhərində fəaliyyət göstərən nüfuzlu Grossmont Kollecinin orkestri tərəfindən ifa ediləcək. Tamaşanın xoreoqrafı San Dieqo Baletinin direktoru, yüksək mükafatlar laureatı Xavier Velasko, dirijoru isə Dr. Randal Tviddir. Bütün rollar amerikalı balerin və balerinalar tərəfindən ifa ediləcək. Tamaşanın təbliği məqsədilə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən xüsusi internet səhifəsi (http://www.sevenbeauties.us/) yaradılıb, Facebook və Twitter kimi sosial şəbəkələrdə də baletlə əlaqədar informasiya xarakterli daim yenilənən səhifələr (https://www.facebook.com/sevenbeauties.us/ , https://twitter.com/SevenBeauties) istifadəyə verilib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol