• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda nüfuzlu şəxs vəfat etdi - FOTO

Azərbaycanda nüfuzlu şəxs vəfat etdi - FOTO
21.02.2019 12:32
Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının professoru Bayram Allahverdiyev vəfat edib.

Anews.az xəbər verir ki, bu barədə BDU-nun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, B.Allahverdiyev 23 yanvar 1938-ci ildə anadan olub. 1957-1962-ci illərdə BDU-nun Filologiya fakültəsinin kitabxanaçılıq şöbəsində təhsil alıb. 1964-1967-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olub. 1968-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edib, 1993-cü ildə professor elmi adı alıb. 1968-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi işləyib. 1968-1992-ci illərdə BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının dosenti və professoru, 1992-2012-ci illərdə Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri olub. Azərbaycanda ilk dəfə əlyazma kitablarının yaranması, tərtibatı və yayılması xüsusiyyətlərini aşkara çıxarıb. Azərbaycan kitabının tipologiyası, Azərbaycan texniki kitabının nəşri, formalaşması qanunauyğunluqlarını tədqiq edib.

2008-ci ildən "Kitabşünaslıq və Nəşriyyat işi” elmi-nəzəri və təcrübi jurnalının təsisçisi və baş redaktoru olub. BDU-nun Kitabxanaçılıq-informasiyafakültəsinin Elmi Şurasının üzvü, 8 kitabın, 100-ə yaxın elmi məqalənin müəllifi olub və bir çox elmi konfranslarda iştirak edib. "Qızıl qələm" mükafatı laureatı olan B.Allahverdiyev, eyni zamanda, "Qabaqcıl təhsil iş¬çisi” döş nişanı ilə təltif olunub.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol