• $
  • €
  • ₽
  • ₺
  • £

“Sizi ora yaltaqlanmağa, qorxmağa yox, problemləri bölüşməyə çağırmışdılar”

“Sizi ora yaltaqlanmağa, qorxmağa yox, problemləri bölüşməyə çağırmışdılar”
03.03.2019 19:30
Xalq artisti Flora Kərimova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə münasibət bildirib və özünün də mədəniyyət sahəsində bir sıra iradlarının, arzularının olduğunu qeyd edib.



Xalq artisti incəsənətin, mədəniyyətin problemlərinin həmin tədbirdə səsləndirilmədiyindən gileylənib:
"Bilirsiz, bu elə bir məkan idi ki, bu məkanda insanları xahiş etməyə yığmamışdılar. Buraya sənət adamlarını onların və incəsənətin, mədəniyyətin problemlərini söyləmələri üçün yığmışdılar. Ancaq mən bu sahədə gözlədiklərimi eşitmədim. Ümumi xahişlər oldu, amma onu da ehtiyat edə-edə soruşdular. Sizi oraya çağırdılar ki, ürəyinizi açasınız, ağrılarınızı deyəsiniz. Sizi ora, üzr istəyirəm, yaltaqlanmağa, qorxmağa yox, problemləri bölüşməyə çağırmışdılar.
Orada deyilməli çox söz var idi və eşitməyə hazır idilər. Ancaq təəssüflər olsun ki, bu qorxu hər sahədə bizim millətimizin canından çıxmır ki, çıxmır. Millət qəhrəman görmək istəyir, amma sözdə yox, əməldə. Əməl orada idi. Deyəydiniz. Bunu gözləyirdilər. Bunu eləmədiz. Deyənlər də qorxa-qorxa deyirdilər, niyə? Kim sizi vadar edir qorxmağa? Getmisinizsə deməli sözünüzü deməlisiniz. Bax bəlkə də ona görə məni çağırmadılar. Abu-havanın pozulmağını istəmədilər bəlkə də.
Üzeyir Hacıbəyov Şövkət Məmmədovanı İtaliyaya göndərəndə deyirdi ki, get oxumağı, mədəniyyəti, davranışı, sadəliyi öyrən, gəl burada millətinə nümunə ol. İndi nə oldu bəs? Kim haranı istədi açdı, kim nə istədi dedi və düşdük bu günə. Bununla da sənətimiz yuvarlandı-yuvarlandı gəldi düşdü bu hala. Bir erməni mahnımızı oxuyanda haray-həşir də salmağa artıq bizim dilimiz də yoxdur. Söz deməyə də dilimiz yoxdur. Çünki, bu qorxu oturub içimizdə. Budur məni yandıran.
Mən oraya getsəydim belə dəyişən heç nə olmayacaqdı, əksinə, sabah da məni qadağan edəcəkdilər ki, bəsdir Flora, çox danışdın. Bu qadağaya, qorxuya ehtiyac varmı? Düz sözümə görə məni ekrandan uzaqlaşdırmağa lüzum varmı? Heydər Əliyev eşidirdi ki, məni ekrandan çıxardırlar, deyirdi olmaz, qaytarırdı.
Axı bu ümumi siyasət deyil, bu musiqi siyasətidi. Heç olmasa burada özünüzə kişilik tapın, qorxmadan sözünüzü deyin. Onu da eləmədilər.
Mənim xoşum gəlmir inanmadığım bir insan "vətən” deyəndə. O saat düşünürəm ki, nəyisə çatmır. Olmazmı sən bu vətəni vətən üçün sevəsən? Olmazmı bu vətəni musiqisi, keçmişi, ağrısı, qanaxan yaraları üçün sevəsən? Gərək cibin üçün sevəsən bu yazıq vətəni?
Yalan deyənin axırı olmur. Qazancı da, yalanlarla qazandıqları da burnundan tökülür. Çünki millət nifrətlə cavab verir o insanlara. Elə tərifləməlisən ki, sənə inansınlar. Deyirəm Zeynəb, sənin nəyin çatmırdı, ya o birilər?! Çoxlarını tanıyıram oradakı insanların”./Yeniavaz.com/

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol