• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirdən Afət Fərmanqızına: “Bu cür nümunələrin yayılmasına nəzarət olunsun"

Nazirdən Afət Fərmanqızına: “Bu cür nümunələrin yayılmasına nəzarət olunsun"
05.03.2019 15:38
"Ötən il İmaddədin Nəsiminin yaradıcılığına həsr olunmuş Firəngiz Əlizadənin əsərləri əsasında yeni  müasir təqdimat etdik. Bu dünya miqyasında baxıldı. Tədbirdə bir çox ölkələrdən jurnalsitlər iştirak edirdi və gördülər ki, Azərbaycan musiqisi nələrə qadirdi. Biz belə əsərlərin təbliğinin tərəfdarıyıq.

O səbəbdən də televiziyalarımızın nəzdində Bədii Şuraların qurulması haqqında hazırda danışıqlar gedir. Heç olmasa hansısa bir çərçivə müəyyən olunsun”.  

Bu sözləri mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərin son dövlər efirləri zəbt edən Afət Fərmanqızının dahi klassikimiz İmadəddin Nəsiminin "Sığmazam” qəzəlindən istifadə edərək hind musiqisi üzərində oxuduğu "Pəncü şeş” adlı mahnısı ilə bağlı sualını cavablandırarkən deyib.

Mədəniyyət naziri bildirib ki, ümumiyyətlə yaradıcılıq işlərinə daha ciddi və həssaslıqla yanaşmağı məsləhət görüb:

"Xüsusi ilə böyük ədiblərimizin yaratdığı qəzəllərin müasir tərzdə təqdim olunmasına nə qədər maraqlı olsaq, keyfiyyəti baxımından ciddi və daxili nəzarət olmalıdır. Yaradıcılıq elə bir şeydir ki hər insan öz qadir olduğu formada onu edir. Onun dünya görüşü, yaradıcılığı, onun ifa etdiyi, bəhs etdiyi, əsərlərdə biruzə verir. Elə əsərlər var ki, uğurlu, elələri var ki, uğursuz olur. Elə əsərlər olur ki, dildən-dilə səs salır, elələri var ki cəmiyyət tərəfindən qəbul olunmur.  Bu yaradıcılıq prosesidir. Mən burdan sizin vasitənizlə tövsiyə edirəm ki, Azərbaycanın böyük, dahi ədəbi incəsənətlə bağlı olan mirası var. Hər bir yaradıcı insan öz daxilində məsuliyyəti hiss etməli və dərk etməlidir. Mən bu məsələylə bağlı yalnız televiziya kanallarına məktub yaza bilərəm ki, bu cür nümunələrin yayılmasına nəzarət olunsun”.
 
///news24.az

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol