• $
  • €
  • ₽
  • ₺
  • £

Müğənni Afət Fərmanqızı nazirə cavab verdi - "Hələ yenə oxuyacam"

Müğənni Afət Fərmanqızı nazirə cavab verdi - "Hələ yenə oxuyacam"
06.03.2019 10:40
Müğənni Afət Fərmanqızı ötən gün mədəniyyət naziri Əbülfəs Qarayevin onun "Pəncü şeş" ifasını tənqid etməsinə öz şəxsi İnstagram hesabında münasibət bildirib.

AzNews.az xəbər verir ki, müğənni nazir tərəfindən tənqid edilməsini müsbət hal kimi qiymətləndirsə də incikliyini gizlədə bilməyib.

O, hələ Nəsiminin başqa mahnılarını da sintez edərək oxuyacağını qeyd edib:

"Hörmətli nazir, əvvəla çox sağ olun ki, 18 illik fəaliyyətim dövründə sənət əsərləri oxuyanda heç bir reaksiya vermədiyiniz halda bu mahnımla bağlı reaksiya verdiniz. Bu, özü bir uğurdur. Ümummilli liderimiz Heydər Əliyevin qurduğu demokratik Azərbaycanın demokratik, söz azadlığına sahib olan vətəndaşıyam. Möhtərəm İlham Əliyev cənabları ölkəmizdə elə bir şərait yaradıb ki, biz vətəndaşlar öz sözümüzü hər yerdə çəkinmədən ifadə edirik. Mən də Azərbaycan qanunvericiliyinə uyğun olaraq, Hindistanla əlaqələrimizi də nəzərə alaraq musiqidə sintez etdim. Xalq tərəfindən də yüksək sevgiyə layiq görüldüm. Xalqın mənə və sözügedən mahnıya sevgisinin qarşısını almaq mümkün deyil.

Ərəb mahnısı ilə sintez edərək yenə Nəsimiyə müraciət edəcəm. Efirlər məni xalqın istəyi ilə dəvət edirlər. Etməsinlər, getməyim".

Qeyd edək ki, ötən gün nazir Əbülfəs Qarayev jurnalistlərin son dövlər efirləri zəbt edən Afət Fərmanqızının dahi klassikimiz İmadəddin Nəsiminin "Sığmazam” qəzəlindən istifadə edərək hind musiqisi üzərində oxuduğu "Pəncü şeş” adlı mahnısı ilə bağlı sualını cavablandırarkən bunları deyib.

"Xüsusi ilə böyük ədiblərimizin yaratdığı qəzəllərin müasir tərzdə təqdim olunmasına nə qədər maraqlı olsaq, keyfiyyəti baxımından ciddi və daxili nəzarət olmalıdır. Yaradıcılıq elə bir şeydir ki hər insan öz qadir olduğu formada onu edir. Onun dünya görüşü, yaradıcılığı, ifa etdiyi, bəhs etdiyi, əsərlərdə biruzə verir. Elə əsərlər var ki, uğurlu, elələri var ki, uğursuz olur. Elə əsərlər olur ki, dildən-dilə səs salır, elələri var ki cəmiyyət tərəfindən qəbul olunmur. Bu yaradıcılıq prosesidir. Mən burdan sizin vasitənizlə tövsiyə edirəm ki, Azərbaycanın böyük, dahi ədəbi incəsənətlə bağlı olan mirası var. Hər bir yaradıcı insan öz daxilində məsuliyyəti hiss etməli və dərk etməlidir. Mən bu məsələylə bağlı yalnız televiziya kanallarına məktub yaza bilərəm ki, bu cür nümunələrin yayılmasına nəzarət olunsun”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol