• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda xəzinə tapıldı - VİDEO

Azərbaycanda xəzinə tapıldı - VİDEO
02.10.2014 14:32
Biləsuvar rayonunda 200 ildən çox tarixi olan dini və tarixi-fəlsəfi mövzulardan bəhs edən kitablar qorunur. ANN.Az xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, kitablar rayonun Bəydili kəndində yaşayan Məmmədovlar ailəsində saxlanılır.Müxtəlif ölçülərdə olan qədim kitabların ümumi sayı 50-yə çatır. Ailə başçısı Kamal Məmmədovun sözlərinə görə, bu kitablar ona babası Mirzə Cəfərdən qalıb. Müxtəlif tarixi mənbələrdə Mirzə Cəfər Lənkəraninin üləma dini rütbəli tanınmış din xadimi olmasına rast gəlinir.25 il İraqın Nəcəf şəhərində dini təhsil alan Mirzə Cəfər elə bu kitabları da təhsil aldığı müddətdə əldə edib. Daha sonra isə doğulduğu Lerik rayonunun Kəlvəc kəndinə qayıdan din alimi, orada geniş maarifçilik işilə məşğul olmağa başlayır.30-cu illərdə İranla sərhədyanı ərazilərdə yaşayan bir çox sakinlər kimi Məmmədovlar ailəsi də Lerik rayonunun Kəlvəc kəndindən Biləsuvar rayonuna köçürülür. Lakin bu zaman ailə bu kitabları da qiymətli əşya kimi özlərilə götürməyi unutmurlar.Sovet imperiyasının Ateizm ideologiyasının hökmranlıq etdiyi dövrdə ailə bu qiymətli kitabları müxtəlif çətinliklərlə gizlincə qoruyub saxlaya bilib. Dəfələrlə müxtəlif şəxslər kitabları yüksək məbləğli pul müqabilində almaq istəsələr də, ailə təklifi qəbul etməyib. Hazırda isə müxtəlif tarixi və dini sirləri özündə saxlayan 50-dən yuxarı kitabın ciddi tədqiq olunmasına ehtiyac var.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol