• $
  • €
  • ₽
  • ₺
  • £

Tahir İmanov merlə görüşdü: Eldar Əzizovla danışmadığım gün yoxdur

Tahir İmanov merlə görüşdü: Eldar Əzizovla danışmadığım gün yoxdur
13.03.2019 19:41
Azərbaycanın Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun ailəsi onun adına veriləcək bir neçə küçə ilə bağlı təklif irəli sürüb.

Bu barədə "Report"a mərhum bəstəkarın nəvəsi, "Parni iz Baku" KVN teatrının bədii rəhbəri Tahir İmanov məlumat verib.

O bildirib ki, təklif edilən küçələr Bakının Nərimanov rayonu ərazisində yerləşir: "Müvafiq dövlət qurumlarından müsbət rəy alınandan sonra küçəyə Süleyman Ələsgərovun adı veriləcək. Əslində, biz küçəni seçib müvafiq qurumlara müraciət etmişik. Amma həmin küçənin artıq ad daşıdığına görə imtina olunduğu deyilib. Bir də bunun üçün vaxt lazımdır. Çünki biz təkliflərimizi müvafiq qurumlara göndəririk və onlardan cavab gələnə qədər vaxt gedir. Ona görə də hələ ki, müzakirələr gedir. Bu müzakirələrdə S.Ələsgərovun ailə üzvləri şəxsən iştirak edir. Bu, bir gündə həyata keçirilən iş deyil. Yüz ölçüb, bir biçmək lazımdır”.
T.İmanov vurğulayıb ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovla bir neçə dəfə görüşüb. "Eldar Əzizovla telefonla danışmadığım gün yoxdur. Bu barədə ikitərəfli danışıqlar və fikir mübadiləsi aparırıq”.

Qeyd edək ki, martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü olub. Görüşdə mədəniyyət işçiləri xahişlərini bildirib və təkliflərini irəli sürüblər. T.İmanov ölkə başçısına babası S.Ələsgərovun adına küçə verilməsi barədə xahiş edib. Prezident Bakıdakı küçələrdən birinə Süleyman Ələsgərovun adının verilməsi üçün göstəriş verib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol